“90 illik irs” - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "90 illik irs" adlı yubiley konsertlər silsiləsi çərçivəsində dirijor, əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin möhtəşəm konsert proqramı təqdim olundu.
1936-cı ildə əsası qoyulan Filarmoniyanın 90 illik yubileyi münasibətilə keçirilən bu möhtəşəm musiqi axşamı sənətsevərlərə zəngin və yaddaqalan proqram bəxş etdi. Gecə A.Vivaldi-nin "Olimpiada" operasına yazılmış Uvertürası ilə başladı. Bakıda ilk dəfə səslənən bu əsər dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılandı. Ardınca L.Boccherini-nin məşhur "Madriddə yürüş" əsəri ifa olundu və XVIII əsr Avropa musiqisinin incə zövqü və koloriti konsert salonunda xüsusi ovqat yaratdı. Proqramda həmçinin müasir bəstəkar A.Veselovsky-nin "Mələklərin mahnısı II" əsəri Bakıda ilk dəfə təqdim edildi. Əsərin dərin emosional məzmunu və zərif musiqi dili dinləyicilərə unudulmaz anlar yaşatdı. Konsertin xüsusi məqamlarından biri J.Haydn-nın B-dur Messasından "Gloria" hissəsinin ifası oldu. Əsərin təqdimatında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Xoru (xormeyster Sevil Hacıyeva) iştirak etdi. Daha sonra G.F.Handel-in dünya musiqi irsinin şah əsərlərindən sayılan "Messiya" oratoriyasından məşhur "Hallelujah" xor nömrəsi səsləndi. Əsərin möhtəşəm ifası salonda xüsusi coşğu və bayram əhvali-ruhiyyəsi yaratdı. Musiqi axşamı A.Dvorak-ın simli orkestr üçün yazdığı E-dur Serenadası, op.22 ilə yekunlaşdı. Romantik üslubun ən parlaq nümunələrindən biri olan bu əsərin zərif və parlaq ifası konsertin möhtəşəm finalına çevrildi.
90 illik zəngin sənət yolu keçən M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası bu gün də milli musiqi ənənələrinin qorunması və dünya musiqi incilərinin təbliği istiqamətində mühüm missiyasını uğurla davam etdirir. "90 illik irs" adlı yubiley konsertlər silsiləsi Filarmoniyanın ölkənin mədəni həyatındakı əvəzsiz rolunu bir daha nümayiş etdirdi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“90 illik irs” - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
“90 illik irs” adlı yubiley konsertlər silsiləsi çərçivəsində möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
Bakıda ölkənin ən dəbli uşaqları seçildi – gələcəyin podiumu “Azerbaijan Kids Best Model 2026” - FOTO
-
“Azərbaycanım” Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı keçirilib - FOTO
-
Virtuoz skripkaçı Elvin Hoca Qəniyev Filarmoniyanın yubileyi münasibətilə Bakıda konsert proqramı ilə çıxış edəcək
-
Azərbaycan Dövlət Xor Kapellasının möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
XƏBƏR LENTİ
-
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
-
Tələbə faciəvi şəkildə öldü
-
“Turan Tovuz”un futbolçusu DÇ-2026-ya gedir
-
İranda 88 gündən sonra internet qismən bərpa olundu
-
Yevlaxda baba və nəvəsini avtomobil vurub, ölən var
-
Rusiya səfiri Almaniya XİN-ə çağırıldı
-
“90 illik irs” - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
Bayram tətili başlayıb
-
Günün qoroskopu: Bu gün yaradıcılıq potensialınız olduqca yüksəkdir
-
Azərbaycanda Qurban bayramı qeyd olunur
-
Dolu maşınlara belə ziyan vurdu - VİDEO
-
Bakı tarixində ilk dəfə: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO
-
Qvardiolanın yerinə o gəldi
-
Pakistanda güclü zəlzələ - ölən və yaralananlar var
-
“90 illik irs” adlı yubiley konsertlər silsiləsi çərçivəsində möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
İlk dəfə qızından danışdı
-
Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanıldı
-
Dondurulmuş tərəvəzlər niyə bəzən daha dadlı olur?
-
"Pulumu ən çox onlara xərcləyirəm"
-
Alona Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində uşaqlar üçün xeyriyyə ustad dərsində iştirak edib - FOTO
-
Zibilə gedən çörəklərdən dərman və plastik istehsal edəcəklər
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı münasibətilə paylaşım edilib - FOTO
-
Azərbaycan və Pakistan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - FOTO
-
Gözəllik kraliçasını əri tərəfindən öldürüldü





