Maraqlı

Bakı tarixində ilk dəfə: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO

26 May 2026 23:49
Baxış: 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

22 may tarixində Park Cinema kinoteatrının Flame Towers filialı cəmi 1 gecəlik bağlanaraq, horror elementləri ilə əsl gecə klubuna çevrildi. Bu tədbir Bakının gecə həyatının ən fərqli tədbirlərindən biri kimi yadda qaldı. İlk dəfə olaraq kinoteatr məkanı xüsusi horror konsepti əsasında immersiv gecə klubuna çevrildi.

Tədbir çərçivəsində qonaqlara horror atmosferi, interaktiv performanslar, xüsusi şou proqramı təqdim olundu. Gecənin musiqi proqramında Bakı səhnəsinin əfsanəsi DJ Nasirov və dünyaca məşhur xüsusi qonaq DJ Lia Lisse çıxış edərək rəqs meydançasına unudulmaz enerji qatdılar.

"Horror Night Party" yaradıcı konsepti və atmosferi ilə qonaqlar tərəfindən böyük maraqla qarşılandı və şəhərin əyləncə sektorunda fərqlənən qeyri-adi bir layihəyə çevrildi.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.