Cəmiyyət

Uşaqlarda erkən inkişaf problemlərini necə müəyyənləşdirmək olar? - Bakıda mühüm konfrans - FOTO

26 May 2026 21:10
Baxış: 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda uşaqların erkən inkişaf problemlərinə həsr olunan "II erkən inkişaf problemləri və korreksiyası" adlı elmi-praktik konfrans keçirilib.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, müzakirələri "Neuro Academy" Psixologiya Mərkəzi, "Nitq" İnkişaf Mərkəzi və ​"Müasir Psixoloji Dəstək Mərkəzi" İctimai Birliyi təşkil edib.

Konfransa Milli Məclisin Elm və təhsil komitəsi üzvü, millət vəkili Ceyhun Məmmədov, elmi ictimaiyyətin nümayəndələri və bu sahədə çalışan mütəxəssislər qatılıblar.  Toyuqlu pizza

Gənci Adilzadənin aparıcısı olduğu tədbiri giriş sözü ilə deputat C.Məmmədov açıb. O, bildirib ki, süni intelektin, o cümlədən texnologiyaların sürətlə inkişaf etdiyi, dəyərlərin yeni forma və məzmun qazandığı, mənfi tendensiyaların gücləndiyi bir dövrdə psixologiya elminin qarşısında bir çox çağırışlar dayanır.

C.Məmmədov bunlara misal kimi insanlar arasında ünsiyyətin azalmasını, özünə qapanmanı, boşanmaların artmasını, ailə dəyərlərinin zəifləməsini göstərib.

"Ona görə də erkən inkişaf dövründə uşaqlara daha çox diqqət ayırmaq lazımdır. Valideynlər övladlarının davranış və hərəkətlərinin arxasında nələrin dayandığını, onların hansı istiqamətdə və neçə inkişaf etdiklərini bilməlidirlər. XXI əsrin bəlası olan autizmin geniş yayıldığı bir dövrdə bu sahədə çalışan mütəxəssislərin üzərinə böyük iş və məsuliyyət düşür. Bəzən valideylər övladlarına vaxtında düzgün diaqnoz qoyulmamasından şikayətlənirlər. Peşekarlar ön plana çıxmalı, belə halların qarşısını maksimum almalıdırlar. Ona görə də belə konfranslar böyük önəm daşıyır", - Milli Məclisin deputatı vurğulayıb.

Daha sonra "Neuro Academy" Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyeva, "Nitq" İnkişaf Mərkəzinin rəhbəri, defektoloq-loqoped Esmira Kazımova, ​"Müasir Psixoloji Dəstək Mərkəzi" İctimai Birliyinin sədri, klinik psixoloq Aida Sübhan Nəbiyeva erkən inkişaf problemləri, diaqnostika üsulları və müasir korreksiya metodları ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə "Afaziya növlərində yoxlanış və korreksiya metodları", "DƏHP-də istifadə olunan ən müasir praktik metodlar", eləcə də "Müasir terapiyada neyropedaqoji sistem: elm və praktikanın sintezi" mövzularında təqdimatlar olub.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.