Cəmiyyət

Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO

26 May 2026 18:50
Baxış: 469
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakının Dənizkənarı bulvar ərazisində gənc qız və oğlana qarşı zorakılıq edən şəxs həbs olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Şamxal Nəcəfovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Məhkəmənin qərarı ilə Ş.Nəcəfov barəsində həbs qətimkan tədbiri seçilib.

------

Bakının Dənizkənarı bulvar ərazisində gənc qız və oğlana qarşı edilən zorakılıq hadisəsinin görüntüləri yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda naməlum şəxsin bulvar ərazisində video çəkən gənc xanıma yaxınlaşaraq ona qarşı qeyri-etik hərəkətlər etməyə cəhd göstərdiyi, tərəflər arasında gərginliyin yarandığı əks olunub.

Hadisə ətrafdakı şəxslərin də diqqətini cəlb edib.

Məlumata görə, gənc xanım videomüraciətində naməlum şəxsin ona qarşı zorakılıq etməyə cəhd göstərdiyini bildirib. Yayılan görüntülərdə hadisənin baş verdiyi anlar yer alıb.

Xatırladaq ki, əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən üç ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb.

Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.