İdman

"Kəpəz"in bıçaqlanan futbolçusu klubunu dəyişir

26 May 2026 19:38
Baxış: 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Kəpəz"in bıçaqlanan futbolçusu Veysəl Rzayev klubunu dəyişməyə hazırlaşır.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu "sarı-göylər"in yarımmüdafiəçisi özü deyib.

O, son vaxtlarda Gəncə təmsilçisindən heç kimlə danışmadığını bildirib:

"Daha əvvəl mənə deyildi ki, apreldə məşqlərə başlaya bilərsən. Sonra bir müddət əvvəl komanda məni həkimə göndərdi. Orada mənə bildirdilər ki, iyuna qədər məşq etmək olmaz. Açığı, bu işi anlamadım. Yalan deyə bilmərəm, son vaxtlar "Kəpəz" mənimlə maraqlanmırdı. Artıq müqaviləmin müddəti də başa çatıb. Menecerlə danışmışam, uyğun təklif olsa, klubumu dəyişəcəyəm".

Qeyd edək ki, "Kəpəz" Veysəl Rzayevin transferini bu ilin yanvarında açıqlayıb. O, fevralın 3-də Gəncədə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.