Bakıda ölkənin ən dəbli uşaqları seçildi – gələcəyin podiumu “Azerbaijan Kids Best Model 2026” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Badamdar Hotel and Residences"də "Star Kids Group"un təşkilatçılığı ilə ilin ən parlaq və ən dəbli uşaq fashion layihələrindən biri olan "Azerbaijan Kids Best Model 2026" keçirilib. Tədbir 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
Həmin axşam tədbirin keçirildiyi məkan əsl moda və yaradıcılıq mərkəzinə çevrilib. Balaca iştirakçılar özlərini peşəkar model kimi hiss edib, qonaqlar isə böyük podium şousunun ab-havasına qərq olublar.
Müsabiqədə 4-14 yaş arası 76 uşaq iştirak edib. Onlardan 44-ü qız, 32-si isə oğlan olub. İştirakçılar maraqlı obrazlar, inamlı podium keçidləri və səhnə xarizması nümayiş etdiriblər. Gənc modellər yalnız gözəllik və üslub deyil, həmçinin aktyorluq, özünəinam və fərdilik nümayiş etdiriblər.
Axşama xüsusi rəng qatan məqamlar sırasında dizayner kolleksiyaları, musiqili proqram, həmçinin mədəniyyət, təhsil və fashion sənayesinin nümayəndələrinin, ictimaiyyət və dövlət qurumlarının təmsilçilərinin iştirakı olub.
"Star Kids Group"un direktoru Aygün Əliyevanın sözlərinə görə, layihə istedadlı uşaqlara dəstək olmaq və onların yaradıcılıq potensialını üzə çıxarmaq məqsədilə yaradılıb.
"Əsas məqsədimiz uşaqlara özlərinə inanmaq, bacarıqlarını üzə çıxarmaq və moda ilə incəsənət dünyasında ilk addımlarını atmaq imkanı yaratmaqdır. İstəyirik ki, Azərbaycanın istedadlı uşaqları təkcə ölkə daxilində deyil, beynəlxalq platformalarda da ölkəmizi layiqincə təmsil etsinlər. Bizim üçün onlar üçün ilham, yaradıcılıq və özünəinam mühiti yaratmaq çox vacibdir", - deyə Aygün Əliyeva bildirib.
"Azerbaijan Kids Best Model" yalnız gözəllik və ya podium müsabiqəsi deyil, uşaqlarda səhnə mədəniyyəti, ünsiyyət bacarıqları və stil hissini inkişaf etdirən böyük yaradıcılıq platformasıdır. Müsabiqənin yekununda müxtəlif yaş kateqoriyaları və nominasiyalar üzrə qaliblər müəyyən olunub, iştirakçılar diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.
İştirakçıların çıxışlarını incəsənət və fashion sahəsinin tanınmış nümayəndələri qiymətləndiriblər: Əməkdar İncəsənət xadimi, rəssam modelyer-dizayner Fəxriyyə Xələfova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva, İlahə For Art-ın təsisçi rəhbəri İlahə Əliyeva, Əməkdar artistlər Ruhəngiz Allahverdiyeva və Almaz Ələsgərova, müğənni Abdül Xalid, aktyor və aparıcı Şəhriyar Əbilov, Master Cut Academy-nin rəhbəri Sərxan Həsənov və Azerbaijan Kids Best Model 2025 yarışmasının qalibi Leyla Məmmədova.
"Azerbaijan Kids Best Model" bir daha sübut etdi ki, Azərbaycanda müasir uşaq fashion sənayesi sürətlə inkişaf edir, yeni adları üzə çıxarır və parlaq, istedadlı, ambisiyalı uşaqlar üçün böyük imkanlar yaradır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ölkənin ən dəbli uşaqları seçildi – gələcəyin podiumu “Azerbaijan Kids Best Model 2026” - FOTO
-
“Azərbaycanım” Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı keçirilib - FOTO
-
Virtuoz skripkaçı Elvin Hoca Qəniyev Filarmoniyanın yubileyi münasibətilə Bakıda konsert proqramı ilə çıxış edəcək
-
Azərbaycan Dövlət Xor Kapellasının möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
Əli Əmirlinin "Kişi və qadın" əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Şirin Məlikova “Azərbaycanda nonkonformist incəsənət və son sosializm dövrünün ekoloji tənqidi” mövzusunda Böyük Britaniyanada ilə çıxış edib - FOTO
XƏBƏR LENTİ
-
"Uzak Şehir"də sürpriz ayrılıq
-
Bakıya şiddətli dolu düşməsinin səbəbi AÇIQLANDI
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO
-
Paytaxta yağan dolunun ölçüsü məlum oldu
-
Bakıda ölkənin ən dəbli uşaqları seçildi – gələcəyin podiumu “Azerbaijan Kids Best Model 2026” - FOTO
-
Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda - VİDEO
-
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib
-
İsxak Hersoq Prezident İlham Əliyevi təbrik edib
-
Ağdaşda maşın piyadanı vurub öldürdü
-
Bakıda güclü dolu metroda sərnişin sıxlığı yaratdı
-
İmtahanda dörd nəfər 300 bal topladı
-
Rauf Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Bu imtahanın nəticələri AÇIQLANDI
-
14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
-
Bu ölkədə uşaq doğmaq qadağan edilir
-
Elm və mədəniyyət sahələrində fəaliyyət göstərən üç nəfərə Dövlət Mükafatı verilib
-
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
-
Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevi təbrik edib
-
“Liverpul” 16 yaşlı ulduz alır
-
Bir sıra məhkəmələrə sədr təyin edilib
-
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK





