14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
21.12.2012-ci il tarixdə Göyçay şəhəri, A.Faruq küçəsində yerləşən fərdi yaşayış evində kişi cinsli meyitin aşkar edilməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş əməliyyat məlumatları əsasında Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.
Milli.Az xəbər verir ki, araşdırmalarla evdə meyiti aşkar olunan 1932-ci il təvəllüdlü Rza Ağayevin qəsdən öldürülməsi müəyyən edildiyindən fakt üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İstintaq zamanı prokurorluq və polis əməkdaşları tərəfindən birgə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri, o cümlədən meyitin ekshumasiyası, istintaq eksperimenti, ekspertiza rəyləri və toplanmış digər sübutlarla Ramilə Quliyevanın 20.12.2012-ci il tarixdə Rza Ağayevin pul vəsaitini ələ keçirmək məqsədilə onun yaşadığı evə gəlməsi, taxta parçası ilə baş nahiyəsinə və bədəninin müxtəlif hissələrinə qəsdən zərbələr vurmaqla sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin dəlillər əsasında Ramilə Quliyeva 26.05.2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bununla yanaşı, ötən illərdən bağlı qalmış ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən naməlum şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin açılması, təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən kompleks istintaq və əməliyyat-axtarış tədbirləri ardıcıl şəkildə davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ağdaşda maşın piyadanı vurub öldürdü
-
14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
-
"AZPULMAT" müştərilərindən 71 milyon cərimə yığıb
-
Paytaxtın bu ərazisində DİQQƏTLİ OLUN - Yol çökür - FOTO
-
Bulvarda qadına qarşı əxlaqsızlıq edən şəxsin görüntüləri yayıldı - VİDEO
-
Qanunsuz ağac kəsən şəxs saxlanıldı - FOTO
XƏBƏR LENTİ
-
Ağdaşda maşın piyadanı vurub öldürdü
-
Bakıda güclü dolu metroda sərnişin sıxlığı yaratdı
-
İmtahanda dörd nəfər 300 bal topladı
-
Rauf Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Bu imtahanın nəticələri AÇIQLANDI
-
14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
-
Bu ölkədə uşaq doğmaq qadağan edilir
-
Elm və mədəniyyət sahələrində fəaliyyət göstərən üç nəfərə Dövlət Mükafatı verilib
-
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
-
Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevi təbrik edib
-
“Liverpul” 16 yaşlı ulduz alır
-
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
-
Putin onu görmək üçün ağlayan qızı BELƏ QARŞILADI - VİDEO
-
Asif Əli Zərdari Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Bu sahədə çalışan qadınlar daha çox MAAŞ ALIRLAR
-
Ən yaşlı seçicinin görün neçə yaşı var
-
"Sabah" qolkiperini göndərdi
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək? - Rəsmi
-
Pərvizin meyxanası hamını GÜLDÜRDÜ - VİDEO
-
Rus ordusu iki kəndi işğal etdi
-
Sumqayıta güclü dolu düşdü - VİDEO
-
Azərbaycan Gürcüstana qaz satışını artırdı
-
Şəhidin illər öncəki ifası KÖVRƏLTDİ - VİDEO
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR





