"AZPULMAT" müştərilərindən 71 milyon cərimə yığıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda istehlak kreditləri verən "AZPULMAT" və ya "Azpul" BOKT ötən il müştərilərdən topladığı cərimə və penalardan rekord həcmdə gəlir əldə edib.
Milli.Az xəbər verir ki, BOKT-nin audit hesabatına əsasən, 2025-ci ildə "Azpul"un cərimə və penyalardan əldə etdiyi gəlir 70.88 mln. manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 16.5% və ya təxminən 9.86 mln. manat çoxdur. Öncəki ildə bu rəqəm 61.03 mln. manat idi.
Diqqət çəkən məqam isə odur ki, şirkət əsas fəaliyyət istiqaməti olan faiz gəlirlərindən belə bu qədər qazana bilməyib. Belə ki, 2025-ci ildə BOKT-nin faiz gəlirləri 18.62 mln. manat olduğu halda, cərimə və penya gəlirləri bunun təxminən 4 dəfə üzərində olub.
Maliyyə hesabatı göstərir ki, şirkətin 71.26 mln. manatlıq digər gəlirlərinin demək olar ki, hamısı məhz gecikdirilmiş ödənişlərə görə tətbiq olunan cərimə və penalardan formalaşıb.
Eyni zamanda, BOKT-nin kredit portfelində gecikmiş kreditlərin həcmi də kifayət qədər yüksək olaraq qalır.
Hesabata əsasən, 2025-ci ilin sonuna şirkətin ümumi 115 mln. manatlıq kredit portfelinin:
96 mln. manatı 1-30 gün gecikmiş,
44 mln. manatı 31-60 gün gecikmiş,
97 mln. manatı 61-90 gün gecikmiş,
33 mln. manatı isə 90 gündən çox gecikmiş kreditlərdən ibarət olub.
Beləliklə, BOKT-nin kredit portfelinin böyük hissəsini 90 gündən çox gecikmiş problemli kreditlər təşkil edib. BOKT də bu yüksək riskli portfelə görə kreditlər üzrə mümkün zərərlərin qarşılanması məqsədilə 91.96 mln. manat ehtiyat ayırıb.
BOKT 2025-ci ili 11.77 mln. manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə ciddi azalma deməkdir. BOKT-nin bölüşdürülməmiş mənfəəti də azalaraq 63.45 mln. manata düşüb. Buna səbəb isə səhmdarlara ödənilən 19 mln. manat dividend olub.
"Azpul" BOKT 2018-ci ildə cəmi 300 min manat nizamnamə kapitalı ilə təsis edilib. 2020-ci ildə Azərbaycan Mərkəzi Bankından BKT-34 nömrəli lisenziya əldə edib./banker.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub - (Foto)
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Modeli döyən iş adamına hökm oxundu
-
Tanınmış din xadimi xəstəxanaya yerləşdirildi
-
"Umdum ki, Fədayə Laçın yanıma gəlsin, amma gəlmədi"
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
-
Qarabağda nəhəng su layihəsi - 700 min nəfərə şad xəbər
-
Türk serialı cəmi 2 bölüm davam gətirdi – Aktyorlar ağladı - (Video)
-
Ermənistan parlamentinin iclasında insident - (Video)
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib (Foto)
-
Zaur Baxşəliyev Zəngilanda ağsaqqalla ayaqyalın rəqs etdi – (Video)
-
Danlanın yenidən vəziyyəti pisləşdi - (Foto)
-
Qəbələdə yeni su anbarı tikilir
-
Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ƏMTQ hədləri müəyyənləşib
-
Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye
-
Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
-
Penitensiar xidmətə yeni rəis təyin edildi
-
Bakıda bu binalar sökülür: Kvadratmetrə görə 2 800 manat kompensasiya
-
Siyəzəndə 43 yaşlı qadın boğularaq öldürüldü





