Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb - FOTO
Mayın 26-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətlərinə baxılmasına dair ilkin baxış iclası başlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Apellyasiya Məhkəməsində hakimlər Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin prokurorları Anar Ələkbərov və Sevinc Qasımova, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
İclasda məhkəmə tərkibi və tərcüməçilər proses iştirakçılarına təqdim olunub, məhkumların şəxsiyyət və anket məlumatları dəqiqləşdirilib, onların prosessual hüquq və vəzifələri izah edilib.
Tərəflər məhkəmə tərkibinə və tərcüməçilərə etirazlarının olmadığını bildiriblər.
Bundan əlavə, tərcüməçilərə qanunvericiliyin tələbləri, hüquq və vəzifələri izah olunub, məhkumların onlara etirazlarının olub-olmaması dəqiqləşdirilib. Müdafiəçilər, zərərçəkmiş şəxslərin nümayəndələri və dövlət ittihamını müdafiə edən prokurorların səlahiyyətləri elan olunub.
Dövlət ittihamını müdafiə edən prokuror Anar Ələkbərov çıxışında bildirib ki, apellyasiya şikayətləri verilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl olunub. O qeyd edib ki, hazırkı mərhələdə məhkəmə baxışına hazırlıq iclasının predmetini işin apellyasiya baxışına təyin edilməsinin mümkünlüyü məsələsi təşkil edir. İttiham tərəfi hesab edir ki, apellyasiya icraatının başlanılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual şərtlərə əməl olunub və iş əlavə sübutlar tələb edilmədən məhkəmə baxışına təyin edilə bilər.
Məhkəmə tərəflərin mövqelərini və verilmiş vəsatətləri müzakirə etdikdən, həmçinin tərəflərin verilən vəsatətlərə münasibətini öyrəndikdən sonra müşavirəyə gedib.
Müşavirədən sonra qəbul edilmiş qərarlar elan olunub və cinayət işi apellyasiya baxışına təyin edilib. Bildirilib ki, məhkəmə baxışı istintaq aparılmadan və əlavə sübutlar tədqiq edilmədən iyunun 2-də keçiriləcək.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Andrey Plenkoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb - FOTO
-
Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
-
Sığorta şirkətlərinin açıq sığorta modeli tətbiq ediləcək
XƏBƏR LENTİ
-
Turşu qoxusunu bankadan saniyələr içində yox edən üsul
-
Uşaqlarda erkən inkişaf problemlərini necə müəyyənləşdirmək olar? - Bakıda mühüm konfrans - FOTO
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
Andrey Plenkoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb - FOTO
-
“Bu son videom olacaq”
-
Bu imtahanda 300 bal olmadı
-
Yeni direktor icra başçısının qardaşı imiş
-
Mahir Emreliyə bu ölkədən təklif var
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər - FOTO
-
Aşığın maşını yanıb külə döndü - VİDEO
-
"Kəpəz"in bıçaqlanan futbolçusu klubunu dəyişir
-
Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"Uzak Şehir"də sürpriz ayrılıq
-
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
-
Bakıya şiddətli dolu düşməsinin səbəbi AÇIQLANDI
-
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
-
Sığorta şirkətlərinin açıq sığorta modeli tətbiq ediləcək
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO





