Dondurulmuş tərəvəzlər niyə bəzən daha dadlı olur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Market rəflərində gördüyümüz "təzə" etiketi hər zaman daha keyfiyyətli və dadlı məhsul təəssüratı yaradır. Lakin mütəxəssislərə görə söhbət yaşıl noxud, qarğıdalı, ispanaq və brokoli kimi bəzi tərəvəzlərdən gedirsə dondurulmuş variantlar təzə alternativlərindən daha uğurlu və dadlı nəticə verə bilir.
Milli.Azc bunun əsas səbəbləri və tərəvəzlərin yığımdan sonra keçdiyi prosesi təqdim edir:
Şəkərin nişastaya çevrilməsi prosesi
Bir çox tərəvəz sahədən toplandıqdan dərhal sonra daxilindəki təbii şəkəri sürətlə nişastaya çevirməyə başlayır. Xüsusilə yaşıl noxudda bu dəyişiklik cəmi bir neçə saat ərzində baş verir. Sahədən yeni dərilmiş noxud ilə market rəfində və ya evdə soyuducuda bir neçə gün gözləmiş noxud arasında ciddi dad və şirinlik fərqi yaranır.
Şok dondurma sayəsində dadın "kilidlənməsi"
Dondurulmuş tərəvəzlərdə isə fərqli bir texnologiya tətbiq olunur. Məhsullar ən yetişmiş, ən dadlı və vitaminlə zəngin olduqları dövrdə toplanır, çox qısa müddətdə buxara verilir (blanşirinq) və şoklanaraq dondurulur. Bu sürətli üsul tərəvəzin təbii şirinliyini, dadını və qida dəyərini içində kilidləyir.
Hüceyrə strukturunun qorunması
Sənaye tipli dondurma sistemləri tərəvəzləri dəqiqələr içində dondurur. Bu sürət sayəsində tərəvəzin tərkibindəki suyun böyük buz kristallarına çevrilməsinin qarşısı alınır. Böyük buz kristalları əmələ gəlmədikdə tərəvəzin hüceyrə divarları zədələnmir, nəticədə bişirmə zamanı məhsul əzilmir, püre halına gəlmir və xırtıldayan quruluşunu saxlayır.
Hansı tərəvəzlərdə dondurulmuş variant daha sərfəlidir?
Noxud: Təzə noxudun mövsümü çox qısa olur və qabığı soyulduqdan sonra dadını sürətlə itirir. Dondurulmuş noxud isə şirin ətrini qoruduğu üçün salat və makaronlarda ideal seçimdir.
Qarğıdalı: Mövsümündən kənarda satılan təzə qarğıdalılar çox vaxt gözlənilən şirinliyi vermir. Dondurulmuş qarğıdalı isə şorba və isti yeməklərdə hər zaman eyni dad keyfiyyətini təmin edir.
İspanaq və Brokoli: Bu tərəvəzlər soyuducuda unudulub pörşüyən təzə tərəvəzlərlə müqayisədə həm daha təravətli qalır, həm də qida israfının qarşısını alır.
Dondurulmuş tərəvəzlər necə bişirilməlidir?
Tərəvəzlərin buzunu əvvəlcədən əritməyin, birbaşa donmuş halda yeməyə əlavə edin.
Çünki buzun əriməsi zamanı ortaya çıxan artıq su tərəvəzlərin yumuşamasına, rənginin solmasına və ətrinin itməsinə səbəb olur. Yüksək temperaturda qısa müddət ərzində bişirmək həm tərəvəzin rəngini parlaq saxlayır, həm də dadını qoruyur.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib





