İran

İranda 88 gündən sonra internet qismən bərpa olundu

27 May 2026 00:41
Baxış: 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İranda 88 gündür davam edən internet məhdudiyyətləri qismən aradan qaldırılmağa başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qlobal internet araşdırma portalı "NetBlocks" özünün rəsmi "X" hesabında məlumat yayıb.

"Təsdiqləndi: Operativ göstəricilərimiz 88 günlük - 2093 saatlıq tam kəsintidən sonra İranda beynəlxalq internet əlaqəsinin qismən bərpa olunduğunu qeydə alıb. Bu, müasir tarixdə ən uzun müddət davam edən ümumölkə internet kəsintisidir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu bərpa prosesindən bir gün öncə İran Prezidenti Məsud Pezeşkian növbəti 24 saat ərzində ölkədə qlobal şəbəkəyə çıxışın təmin edilməsi barədə xüsusi fərman imzalamışdı. Dövlət başçısı bəyan etmişdi ki, rabitə və informasiya texnologiyaları naziri Seyid Səttar Haşimi artıq lazımi sərəncamları verib və "prosesə start verilib".

Xatırladaq ki, İranda iki aydan çox davam edən rəqəmsal blokada ölkə daxilində və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən kəskin tənqid olunurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.