Mədəniyyət

“Ay bəri bax” adlı instrumental ansamblının konserti keçirildi - FOTO

10 Oktyabr 2025 16:06
Baxış: 351
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Ay bəri bax" adlı instrumental ansamblının konserti keçirildi.

Konsert proqramında Azərbaycan xalq musiqisinin inciləri, sevilən mahnılar və təsniflər tamaşaçılara təqdim olundu. Gecədə teatrın solistləri Xalq artistləri Gülyaz Məmmədova, Heydər Anatollu ifaçılar Mədinə Kazımova, Ayşən Mehdiyeva, Rövsən Qəhrəmanov, Aynur İsgəndərli qonaq ifaçılar Rasim Səfər, Leyla İdrisova, Orxan Hüseynli, Rəvana Vəliyeva və Xasay Şıxıyev çıxış etdilər.

Proqramda "Alma almaya bənzər", "Gülə gülə", "Küçələrə su səpmişəm", "Dəli ceyran", "Bağçada güllər", "Ay Laçın", "Sarı gəlin", "Bayatı-Şiraz" təsnifi və digər xalq mahnıları ifa olundu.

Musiqi axşamı tamaşaçılara unudulmaz anlar yaşatdı və milli musiqi irsimizin zənginliyini bir daha nümayiş etdirdi.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.