"Bundan əvvəl Qəbələdə keçirilmiş üç beynəlxalq musiqi festivalı haqqında eşitmişdim. Bu füsunkar diyara gəlməyi, festivalın iştirakçısı olmağı çox arzulayırdım. Nəhayət, arzuma çatdım. Deməliyəm ki, festival çox yüksək səviyyədə təşkil olunmuşdur".
AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində festivalın iştirakçısı, dahi bəstəkar Fikrət Əmirovun Belçikada yaşayan nəvəsi, beynəlxalq müsabiqələr laureatı, gənc pianoçu Nəzrin Əfəndiyeva demişdir.
O, builki festivalın proqramına əlavə edilmiş bir yeniliyi, dahi musiqiçilərin, o cümlədən babası Fikrət Əmirovun yubiley tədbirinin keçirilməsini çox bəyəndiyini bildirmişdir. "Burada biz bir daha Azərbaycan mədəniyyətinin, musiqisinin ecazkarlığının şahidi olduq. Həmçinin, əcnəbi musiqiçilərin bu möhtəşəm incəsənət bayramında iştirakı və müxtəlif millətlərdən olan bəstəkarların əsərlərinin səsləndirilməsi baxımından onu deyə bilərəm ki, Qəbələ festivalı həm də musiqi vasitəsilə mədəniyyətlərarası dialoqa öz töhfəsini verir".
Pianoçu N.Əfəndiyeva səhnədə çıxışı zamanı tamaşaçıların musiqi əsərlərindən böyük zövq almasından, xüsusilə, məmnun olduğunu söyləmişdir. O, gənc musiqiçi kimi babasının yubileyi münasibətilə unudulmaz muğam incilərinin simfonik orkestrlə uğurlu sintezini çox yüksək qiymətləndirmişdir.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Nəzrin Əfəndiyeva: "Qəbələ festivalı musiqi vasitəsilə mədəniyyətlərarası dialoqa öz töhfəsini verir"
27 İyul 2012 19:02
Baxış: 2 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Ustad sənətkar Hacıbaba Hüseynovun əziz xatirəsinə həsr olunmuş "Nadir muğam gecəsi" keçirilib – FOTO
-
“QIŞ NAĞILI” adlı yaradıcılıq sərgiləri baş tutdu - FOTO
-
"Şüştər" və "Humayun" dəstgahları təqdim olunub - FOTO
-
“VARİS” filmi "Park Cinema"da təqdim olundu - FOTO
-
Filarmoniyanın abonement konsertləri - FOTO
-
Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Metroda cibgirlik edən şəxs saxlanılıb
-
Kənan Sadıqlıya yüksək vəzifə verildi
-
Tiktokda rəy yazan arvadını döydü
-
Qadınları aldadıb Quşadasına apardı - Niyyəti ora çatanda bilindi...
-
Türkiyə Şimali Kiprə F-16-lar göndərir
-
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər - FOTO
-
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın hücumlarını müzakirə edib - FOTO
-
Yeni metro bu tarixdə AÇILACAQ
-
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
-
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib
-
Bayramov Fidanla İstanbulda görüşdü
-
Xalasının evindən külli miqdarda pul OĞURLADI
-
Bu ölkənin səfiri İrandan Azərbaycana təxliyə edildi
-
200-dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə olundu
-
Tramp: “Hər saat İranın raketlərini və PUA-larını məhv edirik”
-
İran Prezidenti: “Regiondan hücum olmasa, əlavə əməliyyat olmayacaq”
-
Rayonlarda pensiyalar bu tarixdə veriləcək - ÖZƏL
-
İran Avropa ölkələrini hədələdi
-
16 Çin vətəndaşı İrandan Azərbaycana keçdi
-
13-16 yaş arası uşaqlar bu şərtlə sosial mediadan yararlana biləcək
-
Loğman Məmiyev yüksək vəzifəyə təyin EDİLDİ
-
Həcc ziyarətinə müraciət vaxtı bitir, yerlər hələ qalıb
-
Evinə su çəkdirmək istəyənlərin NƏZƏRİNƏ: Yalnız bu qayda ilə MÜMKÜNDÜR
-
Ölkəmizdə bu qadınlar daha yüksək maaş alır





