Ölkə

Tiktokda rəy yazan arvadını döydü

7 Mart 2026 18:13
Baxış: 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda kişi tiktokda rəy yazan arvadını döyüb.

Milli.Az xəbər verir ki, hadisə Sabunçu rayonu, Şəhər şossesində yerləşən evlərdən birində qeydə alınıb.

İttiham aktına görə, 38 yaşlı E. Paşayev axşam saatlarında evdə tiktok sosial şəbəkəsində canlı yayımda olub. Bu zaman arvadının da həmin sosial şəbəkədə rəy yazdığını görüb. Bundan əsəbiləşən Paşayev qısqanclıq zəminində əli ilə arvadının üz və başına dəfələrlə zərbə vurub. Nəticədə qadın bir sıra yüngül xəsarətlər alıb.

Hadisə ilə bağlı E. Paşayev barəsində cinayət işi açılıb. Lakin istintaq dövründə məlum olub ki, E. Paşayev ölkəni tərk edib. O, və vəkili məhkəməyə müraciət edərək amnistiya aktının tərtib olunmasını istəyiblər.

Məhkəmənin hökmü ilə E. Paşayev barəsində amnistiya aktı tərtib olunub və məsuliyyətdən azad edilib. (Lent.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.