Ölkə

Qadınları aldadıb Quşadasına apardı - Niyyəti ora çatanda bilindi...

7 Mart 2026 18:03
Baxış: 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsan alverində ittiham olunan 40 yaşlı qadının məhkəməsi keçirilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nailə Azadova (şərti ad-soyad) 5 nəfər azərbaycanlı həmcinsini cinsi istismar məqsədilə yoldan çıxarmaqda itiham olunub.

Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda tanış olduğu qadınları Türkiyənin istirahət zonası kimi tanınan Quşadası rayonunda işə düzəldəcəyi adı ilə aldadıb. Qadınlar onun təşkilatçılığı ilə Quşadasına çatdıqdan sonra məsələnin başqa olduğunu anlayıblar. Lakin bundan sonra N.Azadovanın Türkiyədəki adamları qadınları rüsvay edəcəkləri ilə qorxudub, cinsi istismara cəlb ediblər.

Qadın məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, zərərçəkmiş kimi tanınan həmcinsləri öz istəkləri ilə Quşadasında müştərilərə xidmət etməyə razılaşıblar.

Zərərçəkmiş şəxslər və şahidlərin ifadələri isə verilmiş ittihamın doğruluğunu təsdiq edib. İstismar qurbanı olan qadınlardan biri bu cinayət nəticəsində müxtəlif allergik xəstəliklərə yoluxduğunu, hazırda pis vəziyyətdə qaldığını deyib. O, Nailənin layiqincə cəzalandırılmasını xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Azadova​ insan alverində təqsirli bilinib. Lakin ona şərti cəza verilib və dərhal həbsdən azad edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.