İran hakimiyyəti Avropa ölkələrini Yaxın Şərqdəki münaqişəyə müdaxilə etməməyə çağırıb və əks halda bunun ciddi nəticələr doğura biləcəyini bildirib.
Milli.Az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi "France 24" kanalına açıqlama verib. O qeyd edib ki, Tehran artıq Avropa ölkələrini xəbərdar edib və onları İrana qarşı aparılan hərbi əməliyyatlara qarışmamağa çağırır.
Təxt-Rəvançi vurğulayıb ki, ABŞ və İsrailin İrana qarşı hərbi addımlarını dəstəkləyən hər hansı ölkə avtomatik olaraq Tehran üçün qanuni hədəf hesab olunacaq. O əlavə edib ki, İran öz suverenliyini qorumaq üçün lazım olan bütün tədbirləri görməyə hazırdır və təhdidləri cavabsız qoymayacaq.
Asya
Milli.Az
Milli.Az





