Ölkəmizdə bu qadınlar daha yüksək maaş alır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hazırda ölkəmizdə məşğul əhalinin 2 milyon 414 mini qadınlardır. Məşğul əhalidə kişilərin sayı isə 2 milyon 615 min nəfərdir. İşçi qüvvəsində qadınların sayı isə 2 milyon 571 mindir".
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, qadınlarımızın ən çox çalışdığı sektor təhsildir: "Hazırda əmək müqaviləsi ilə çalışan qadınlarımızın sayı 722 min 147 nəfərdir. Onun 242 min 801 nəfəri təhsil sektorunda çalışır. Bu, ümumi muzdlu qadın işçilərin 33.6 faizi deməkdir. Eyni zamanda o deməkdir ki, əmək müqaviləsi ilə çalışan hər 3 qadından biri təhsil sferasında işləyir. Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi qadınlarımızın üstünlük verdiyi ikinci ən böyük sektordur.
Ümumi payda 16.2 faiz ilə bu sferada 116 min 976 qadın vətəndaşımız çalışır. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır: burada 95 min 566 qadın vətəndaşımızın əmək müqaviləsi qeydiyyatdan keçib".
Deputat, həmçinin qadınların orta aylıq əmək haqqı ilə bağlı da fikir bildirib: "Ən yüksək maaş mədənçıxarma sənayesində təklif edilir. Burada qadın işçilərin orta maaşı 2915 manatdır. Daha sonra maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan qadın vətəndaşlarımızın orta aylıq maaşı 1813 manat.
Burada ilk üçlüyü informasiya və rabitə sektoru tamamlayır: 1353 manat. Məşğulluqda böyük paya malik olan təhsil sektorunda isə qadınların orta aylıq maaşı 731 manatdır. Hazırda, qadınların orta aylıq maaşı kişilərin orta əmək haqqısının 68.9 faizinə bərabərdir. Qlobal olaraq bu nisbət 77-80 faizdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yorğunluq bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ
-
Cevdet Yılmaz Ermənistana gedəcək
-
73 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ
-
Niyə "Xruşşovka"lar günü-gündən BAHALAŞIR?
-
Kanalizasiya daşdı: Çirkab suları küçəyə axır
-
Azərbaycanda ərinin məzarına ziyarətə gələn qadın ÖLDÜ
-
Dünən cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
-
Arda "Real"da ayın oyunçusu seçildi
-
Soyuqlar bitir, istilər başlayır - PROQNOZ
-
Dağ kəndlərində təhlükə artır: Canavar hücumları çoxalıb
-
Cinayət işlərində həbs qərarlarına YENİLİK
-
Trampdan qalmaqallı etiraf - “Dəniz quldurlarıyıq”
-
AZAL Təl-Əvivə uçuşları bərpa edir
-
"Apple" tarixinin ən populyar seriyası bu “iPhone” oldu
-
"LeoBank"da problem yarandı
-
Bakıda 40 nəfəri aldadan şəxs saxlanıldı - VİDEO
-
Rusiyada FACİƏ: Dördü uşaq olmaqla, ailənin yeddi üzvü həlak oldu - VİDEO
-
Aeroport yolundakı tıxacın səbəbi BİLİNDİ
-
DYP-dən sürücülərə ÇAĞIRIŞ
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycanda zəlzələ OLDU
-
Məhşur cütlük yeddi illik evlilikdən sonra ayrıldı - FOTO
-
Qızıl almaq istəyənlərə PİS XƏBƏR
-
May ayında 3 BÜRCün bəxti açılır - Fürsətləri qaçırmayın





