Mədəniyyət

Uşaqların sevimlisi olan aktrisa vəfat etdi - FOTO

10 İyun 2024 10:09
Baxış: 1 464
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın əməkdar artisti Qalina Sverbilova dünyasını dəyişib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə N.Sats adına Moskva Dövlət Akademik Uşaq Musiqili Teatrının "VKontakte" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Açıqlamada qeyd olunur ki, mərhum sənətkar adıçəkilən teatrın ilk aktrisası olub. O, bu mədəniyyət müəssisəsinin yaradılmasının başlanğıcında dayanıb, onun şöhrətinin və tarixinin yaradılmasında fəal iştirak edib.

Eyni zamanda, teatrın nümayəndələri Sverbilovanın səsinin bütün Sovet İttifaqında uşaqlara tanış olduğunu söyləyiblər. Onun iştirakı ilə bir çox tamaşalar radioda yayımlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.