Beynəlxalq Muğam Mərkəzində "Arzuların melodiyası" adlı musiqi axşamı keçirilib. Tədbir Norveçdə yaşayan, həmvətənimiz, bəstəkar və pedaqoq Arzu Rzayevanın yaradıcılığına həsr olunub.
Axşamın aparıcısı Azərbaycanın Əməkdar artisti Dilyara Əliyeva olub. O, xüsusi bir atmosfer yaradaraq proqramdakı bütün nömrələri vahid bədii bütöv halında təqdim edib. Tədbirdə çıxış edənlər arasında Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru, Xalq artisti Ağavərdi Paşayev, teatr və kino aktyoru, Xalq artisti Fəxrəddin Manafov, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə və şairə Gülnar Hüseyn olub. Onlar qeyd ediblər ki, Arzu Rzayeva uzun illər Azərbaycan milli musiqi mədəniyyətini xaricdə layiqincə təmsil edir.
Arzu Rzayeva Qarabağ, Xankəndi şəhərində anadan olub. Onun müəllimləri arasında görkəmli sənətkarlar var - dayısı, Şuşalı muğam ustası və opera müğənnisi, Xalq artisti Əbülfət Əliyev, Xalq artisti Ağavərdi Paşayev və digər sənətkarlar.
Arzu Rzayeva Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib və uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. O, musiqi texnikumunda və Şuşa Mədəni-Maarif Məktəbində dərs verib. Son illərdə Osloda Azərbaycan Evi nəznində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu məktəbinin müəllimi olub. Norveçdə doğulmuş azərbaycanlı uşaqlara ana dilini öyrətməyi Arzu Rzayeva şərəfli missiya hesab edir.
Arzu Rzayeva müasir bəstəkarlardan biridir. Onun yaradıcılığı mədəniyyətlərin kəsişməsində formalaşıb: əsərlərində Avropa musiqi ənənələri ilə Azərbaycan melodikası harmonik şəkildə birləşir. Bu səbəbdən onun musiqisi həm müasir səslənir, həm də milli kimliyi qoruyur. Arzu Rzayeva beynəlxalq layihələrdə və Azərbaycan diasporunun mədəni həyatında fəal iştirak edərək musiqimizi Norveçdə və Avropada tanıdır, müxtəlif yaradıcılıq təşəbbüslərini uğurla həyata keçirir.
Tədbir iştirakçılarına bəstəkarın həyatı və yaradıcılığı haqqında videomaterial təqdim olunub.
Konsert həm tanınmış ifaçıları, həm də gənc istedadları bir araya gətirən parlaq hadisə olub. Proqramda səslənən Arzu Rzayevanın əsərləri səmimiliyi, emosional dərinliyi və müasir səslənməsi ilə seçilib, dinləyicilər tərəfindən isti qəbul olunub.
Konsertdə Nigar Cəlilova, Vüqar Muradov, Fərid Mərd, İlhamə Qasımova, Almaz Orucova, Nisbət Sadraeva, Zəminə Rəhimova, Xatun Əliyeva, Orxan Cəlilov, Rəvan Qaçaev, Pərviz Abdullayev, gənc Anabella, eləcə də Zuar və Aypara Band qrupları iştirak ediblər.
Musiqi müşayiətini həmçinin Norveçdə yaşayan pianoçu Tural Rafael rəhbərlik etdiyi ansambl ilə təmin edib. Proqramda gitaristlər Şamil Məmmədov və Fuad Cəfər, eləcə də milli alətlər ifaçıları - Ramiz Sevdimalıyev (zurna) və Nicat Muslumov (balaban) çıxış ediblər.
Axşamın xüsusi sürprizi Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etno-Dizaynerlər Assosiasiyasının üzvü, fəlsəfə doktoru Gülnar Xəlilovanın pianoçu Babir Babirli müşayiəti ilə vokal ifası olub.
İfaçılar səsləndikləri əsərlər zamanı alqışlarla qarşılanıblar. Axşam əsrarəngiz və ilhamverici atmosferdə keçib, müasir musiqi bayramına çevrilib və Arzu Rzayevanın beynəlxalq səhnədə Azərbaycan mədəniyyətini uğurla təmsil edən yaradıcılıq fərdiliyini bir daha nümayiş etdirib.
Sonda bəstəkar tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib və doğma torpaq naminə gələcək yaradıcılıq uğurlarına ümid ifadə edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda Norveçdə yaşayan Arzu Rzayevanın yaradıcılıq gecəsi keçirilib – Gülnara Xəlilovadan musiqili sürpriz - VİDEO - FOTO
6 Aprel 2026 20:16
Baxış: 1 486
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xalq artistinin məzarından VİDEO
-
Azərbaycan Respublikasının Əməkdar artisti Tamilla Xudayarovanın yubiley konserti - FOTO
-
Rauf Məmmədzadənin ilk solo konserti baş tutub - FOTO
-
Azərbaycan Milli İncəsənət Muzeyində “Zamanın qanadlarında. Vüqar Əli ”sərgisinin açılışı keçirilib - FOTO
-
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Özbəkistan Dövlət Konservatoriyasının heyəti ilə görüş olub - FOTO
-
Gənc Tamaşaçılar Teatrı "Manisa Mesir Macunu" BeynəlxalqSənət Festivalında “Bir dəlinin qeydləri” monotamaşası ilə çıxışedəcək - FOTO
XƏBƏR LENTİ
-
Elçinin mahnısını məşhur türk serialında OXUDULAR - VİDEO
-
Məhkum qardaşlardan biri digərini bıçaqladı
-
“Barselona” Osimhen üçün hər şeyi gözə alıb
-
“Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
-
Hesablama Palatası prokurorluğa materiallar göndərdi
-
Xalq artistinin məzarından VİDEO
-
Hind filmlərinin məşhur ifaçısı vəfat edib.
-
"Mənim övladlarımın atası..."
-
“Red Bull”da şok ayrılıq fərziyyəsi
-
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
Trampdan Papaya sərt sözlər: "Ağlını başına yığsın"
-
Azərbaycan gimnastları Avropa çempionatını uğurla başa vurdu - FOTO
-
Mənzil təminatında rüşvət işi - Vəzifəli şəxs məhkəmə QARŞISINDA
-
Diana Əhədpurun 12 yaşlı OĞLU: "4 evim var" - VİDEO
-
İtkin düşən şəxsin qalıqları 6 il sonra tapıldı
-
İşıq pulunu çox yazan cihaz bu İMİŞ - Hər evdə var
-
"Yalı Çapkını" aktrisası saxlanıldı - FOTO
-
Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin üstü AÇILDI
-
Universitetin dayanacağında tələbələrin ultra lüks AVTOMOBİLLƏRİ - VİDEO
-
Pensiyalarla bağlı əhaliyə mühüm XƏBƏR
-
Türkiyədə güclü zəlzələ OLDU
-
Azərbaycanlı müğənninin “Ağ şəhər”dəki dəbdəbəli EVİ - VİDEO
-
Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR
-
Aprel taleyinizi dəyişəcək: Hansı BÜRClər gözlənilmədən aşiq olacaq?





