Cəmiyyət

İrandan Azərbaycana indiyədək 3322 nəfər təxliyə edilib

6 Aprel 2026 18:46
Baxış: 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 28-i saat 08:00-dan aprelin 6-ı saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 3322 nəfər təxliyə edilib.

Milli.Az xəbər verir ki, təxliyə olunanların 575 nəfəri Azərbaycan vətəndaşıdır.

Təxliyə olunanlar arasında 732 Çin, 370 Rusiya, 238 Hindistan, 198 Banqladeş, 189 Tacikistan, 151 Pakistan, 136 İran, 84 Oman, 68 İndoneziya, 57 Əlcəzair, 44 İtaliya, 27 Almaniya, 26 İspaniya, 25 Kanada, 19 Fransa, 19 Gürcüstan, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 16 Özbəkistan, 16 Bəhreyn, 14 İsveçrə, 14 Polşa, 13 Nigeriya, 13 Qazaxıstan, 13 ABŞ, 12 Macarıstan, 11 Meksika, 11 Belarus, 10 Böyük Britaniya, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Braziliya, 8 Sudan, 7 Venesuela, 6 BƏƏ, 6 Slovakiya, 6 Belçika, 6 Rumıniya, 5 Finlandiya, 6 Çexiya, 5 Türkiyə, 5 Serbiya, 5 İsveç, 5 Əfqanıstan, 5 Avstraliya, 5 Avstriya, 5 Vyetnam, 5 Qırğızıstan, 5 Yunanıstan, 4 İordaniya, 4 Filippin, 4 Ukrayna, 4 Şri-lanka, 4 Küveyt, 4 Niderland, 3 Qətər, 3 Xorvatiya, 3 Danimarka, 3 Norveç, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Kipr, 2 Myanma, 2 Sloveniya, 2 Misir vətəndaşı var.

İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.