İcra başçısı Nabranda sel sularından ziyan görənlərlə görüşdü - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sel suları Nabranda fəsadlar yaradıb, İstisu qəsəbəsində 150-dən çox fərdi yaşayış evi sel sularından ciddi zərər görüb, icra başçısı təbii fəlakətdən zərərçəkmiş sakinlərlə görüşüb
Milli.Az xəbər verir ki, Xaçmaz rayonunda aprelin 4-ü və 5-i tarixlərində aramsız yağan güclü leysan xarakterli yağışlar nəticəsində Nabran kəndində fəsadlar yaranıb.
Sel suları evlərin həyətyanı sahələrinə, obyektlərə və kənd yollarına xeyli ziyan vurub. Ümumilikdə Nabran kəndi ərazisində 216 evə ziyan dəyib.
Aramsız yağan leysan yağışları və rayon ərazisindən keçən çaylarda əmələ gələn sel suları Xaçmaz rayonunun İstisu qəsəbəsində fərdi təsərrüfatlara, əkin sahələrinə və yol infrastrukturuna xeyli ziyan vurub. Təbii fəlakət nəticəsində qəsəbədə 150-dən çox fərdi yaşayış evi ciddi zərər görüb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları və digər aidiyyəti qurumların rəhbər şəxsləri hadisə yerinə gələrək vəziyyətlə yerində tanış olublar. İcra başçısı zərərçəkmiş sakinlərlə görüşüb, görüş zamanı vətəndaşların müraciət, təklif və tövsiyələri dinlənilib, mövcud vəziyyət yerində araşdırılıb.
Hazırda xilasetmə və bərpa işləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin qüvvələri, kommunal xidmət işçiləri və yerli icra strukturları birgə fəaliyyət göstərərək suyun çəkilməsi, yolların təmizlənməsi, zərər çəkmiş evlərdə və obyektlərdə ilkin bərpa işlərini aparırlar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
-
"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
XƏBƏR LENTİ
-
Skandinav ölkələri buna görə tualet kağızı istifadə etmirlərmiş
-
Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin
-
"Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
-
Qadınlarda qocalmanı ləngidən əlçatan məhsul
-
"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Evdə qalan köhnə telefonlar yanğına səbəb ola bilər - xəbərdarlıq
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib





