Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrının 55 illik yubileyi keçirildi - FOTO

15 Mart 2024 16:22
Baxış: 1 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt Dövlət Dram Teatrının 55 illik yubileyi Sumqayıt şəhər İcra hakimiyyəti aparatı, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilib.

Moderatorlar- gənc aktyorlar Elay Xasıyev   və Aynur Hümbətova   teatrın şərəfli yaradıcılıq yoluna tarixi ekskurs ediblər. Teatrın  yubileyi həm də doğma şəhərin 75 illiyinə təsadüf etdiyindən bu gün Sumqayıta həsr olunmuş "Sevgilim Sumqayıt" psixoloji dramı təqdim olunub.

Əməkdar incəsənət xadimi Əli Əmirlinin qələmə aldığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi tamaşa özündə sevgini, xəyanəti, insanın daxili mübarizəsini, valideyn- övlad münasbətlərini ehtiva edir. Xəyanətə uğramış gənc qızın gənc şəhər Sumqayıta pənah gətirməsi, zəhməti ilə ad- san qazanması, tək oğlunu böyütməsi, sonda Şəhid anası kimi müqəddəs bir zirvəyə ucalması əsərin süjet xəttini təşkil edir.

Tamaşa alqışlarla qarşılandı. Şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov səhnəyə dəvət edildi. Başçı ölkədə mədəniyyətə verilən dövlət dəstəyindən danışdı, Sumqayıt teatrı, onun truppası haqqında müsbət fikirlərini söylədi və hər kəsə maraqlı tamaşaları mütəmadi izləməyi tövsiyyə etdi.

Sonda  Sumqayıt Dövlət Dram Teatrının 55 illik yubileyi, həm də Sumqayıtın 75 illiyi ilə əlaqədar  aktyorlar Habil Xanlarov , Rövşən  Əsgərov, Siyavuş Mahmudov , Ceyhun Məhərrəmov   və Yalçın Səlimov fəxri fərmanla təltif edildilər. Habelə şəhərin ictimai, sosial mədəni həyatına töhfə vermiş Əvəz Mahmud, Sovet Şükürov və Təbrik Quliyevə Heydər Əliyevin 100 illiyi  medalı  teqdim olundu.   YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun layiq görüldüyü Heydər Əliyevin 100 illiyi  medalını ona təqdim etdi.

Zakir Fərəcov sonda hər kəsi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.