Mədəniyyət

Daha bir Xalq artisti vəfat etdi - YENİLƏNİB - FOTO

9 Aprel 2023 19:04
Baxış: 6 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

19:04

Mədəniyyət Nazirliyi Xalq artisti Azər Paşa Nemətovun vəfatı ilə bağlı nekroloq yayıb.

Milli.Az xəbər verir ki, nekroloqda bildirilib ki, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Zəfər oğlu Nemətov aprelin 9-da, ömrünün 76-cı ilində vəfat edib:

"1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə "Şöhrət", 2022-ci ildə "Şərəf" ordenlərinə layiq görülüb.

Allah rəhmət eləsin!".

---------

17:50

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov vəfat edib.

Bu barədə Akademik Milli Dram Teatrından məlumat verilib.

Azərpaşa Nemətov 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Xalq artisti 1947-ci ildə Bakı şəhərində anadan olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.