Mədəniyyət

Azərbaycanlı musiqiçilər Ankarada 37-ci Beynəlxalq Musiqi Festivalı açılışında iştirak ediblər

7 Aprel 2023 17:20
Baxış: 1 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

4- 28 aprel Türkiyənin Ankara şəhərində CSO ADA Ankara`nın Ana Salonunun səhnəsində 37-ci Beynəlxalq Musiqi Festivalı keçirilir. Türkiyənin paytaxtının ən mötəbər festivallarından birinin açılış günüdə Azərbaycan Respublikasının Əməkdar Artisti Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edib. Bu Festivalın ilk konserti məhz Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə gerçəklənməsi çox sevindirici, eyni zamanda qürurvericidir.

Bu layihənin həyata keçirilməsində uzun illər klassik musiqini həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda təbliğ edən "Premier LTD" konsert agentliyinin rəhbəri Nəzakət Qasımovanın böyük xidmətləri var.

Konsert proqramında tanınmış solistlər - Azərbaycanın Respublikasının Xalq artisti Murad Adıgözəl-zadə (fortepiano) və Əməkdar artist Elvin Xoca Qəniyev (skripka) öz ifalarını təqdim ediblər.

Proqramda Ferit Tüzünün "Çayda çıra", Fikrət Əmirovun violin, piano və orkestr üçün Konserti və Antonin Dvorjakın 9 nömrəli "Yeni dünyadan" Simfoniyası səslənib. Bu əsərlərdən əlavə ilk hissənin sonunda Corc Villiamsın "Schindler`s list" kinofilminə yazılmış musiqisi ifa olunub. İfa Türkiyədə zəlzələ zamanı həyatlarını itirmiş insanların xatirəsinə həsr edilib. Konsert Niyazi - "Türk marşı" ilə tamamlanıb.

Festivalın açılış günüdə qonaq qismində Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər, məhşur türk pianoçusu Gülsin Onay, dünya şöhrətli dirijor Erol Erdinç və digər tanınmış simalar iştirak ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.