Mədəniyyət

Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

30 Mart 2023 12:40
Baxış: 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, aktyor, Əməkdar artist Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan "Yaşanan yarım əsr" adlı sənədli filmin təqdimatı keçirilib.

Təqdimatda incəsənət xadimləri, teatr və kino mühitinin tanınmış nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Nicat Kazımov açarsq qonaqları salamlayıb. Yaradıcı heyətə və qonaqlara təşəkkürünü bildirib. Bundan sonra tamaşaçılar filmi izləyiblər. 

Nicat Kazımovun həyat və yaradıcılığının müxtəlif dövrlərini əks etdirən filmin ssenari müəllifi  və qurluşçu rejissoru Vüsal Əsgərov, quruluşçu operatoru Teymur Məmmədov, montaj rejissoru Firdovsi Nəbiyev, səs operatoru Nicat Cəbrayılov, qrim üzrə rəssamı Vüsalə Abbasova, prodüsser Əməkdar artist İlham Əsədovdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.