Mədəniyyət

Ağalı kəndində tədbir keçirilib

30 Dekabr 2022 15:42
Baxış: 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı münasibətilə Zəngilan rayonu Ağalı kəndində tədbir keçirilib. Tədbir Ağalı kəndinin mərkəzi meydanında baş tutub.

Tədbirin açılışında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov çıxış edib.

Daha sonra, tədbirdə Şaxta baba və Qar qız, Bakı Dövlət Sirkinin, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı və Füzuli Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə Yeni il bayramı olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.