Mədəniyyət

Azərbaycanda qədim daş kitabə tapıldı - VİDEO

17 Oktyabr 2022 16:36
Baxış: 1 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimal-qərb bölgəsi üçün nadir tarixi tapıntı aşkarlanıb. Mütəxəssislər daşın üzərindəki yazıların çox qədim və tarixi baxımdan çox əhəmiyyətli olduğu deyir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, şimal qərb bölgəsində qədim dövrə aid daş kitabə tapılıb.

Bağında ağac əkmək üçün çala qazan rayon sakini ona mane olan iri daşı torpaqdan çıxardıqda üzərindəki qədim yazılar diqqətini cəlb edir. Daşın üzərində olan qədim yazı nümunəsinin tarixi əhəmiyyətini anlayır və onu qoruyub saxlayır. Kəndin tarixi ilə bağlı araşdırma aparan AMEA-nın əməkdaşları onunla görüşdükdə həmin tapıntı barədə məlumat verib. Daşın üzərindəki yazıların çox qədim və tarixi baxımdan əhəmiyyətli olduğu məlum olub.

Böyük Qafqaz səddinin keçdiyi bu regionda belə faktların tapılmasının gözlənilən olduğunu deyən tarixçi əvvəllər də bölgədə bəzi qədim yazı növlərinin aşkarlandığını bildirdi. Lakin bu kitabə daha dərin, daha qədim tarixi araşdırmağa imkan verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.