Mədəniyyət

Qarabağ savaşında iştirak etdi, həbsə düşdü, dəfn zamanı tabutundan səsi gəldi - Hüseyn Dəryanın qəbrini niyə açmaq istədilər?

2 İyul 2022 16:22
4 Şərh     Baxış: 2 132

Milli.Az Kulis.az-a istinadən məşhur reper, 38 yaşında dünyasını dəyişən Hüseyn Dərya haqqında maraqlı faktları təqdim edir.

1. Bakıxanov qəsəbəsində beşuşaqlı ailədə Hüseyn Dərya orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, ali təhsildən imtina edib. Sənətçinin karyerasında yüksəliş 2000-ci ildən başlayıb. İfa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilib. Hüseyn Dəryanın diskoqrafiyasına (hər hansı bir musiqi sənətkarının bütün albomlarının və mahnılarının xronoloji siyahısıdır - red.) 3 studiya albomu daxildir.

***

2. Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevda Məmmədovadan 2003-cü il təvəlüdlü Ayşə adlı qızı, ikinci həyat yoldaşı Sona Muradovadan isə 2006-cı il təvəllüdlü Cahangir adlı oğlu var. Lakin bu evliliklərin heç biri uğurlu olmayıb.

3. Hüseyn Dəryanı tamaşaçılara sevdirən "Keyf elə" mahnısı olur. Bundan sonra o, karyerasının ən uğurlu hissəsinə qədəm qoyur. Lakin narkotikdən istifadə asılığı ona ciddi zərərlər vurur, ailəsi dağılır, özü isə həbsə düşür. Həbsdə olanda onun fanatlarından biri məhkəməyə gəlib reperin üzünə duran yalançı şahidin başına butulka vurub.

***

4. Hüseyn Dərya həmkarları Anar Nağılbaz, Elşad Xose ilə əvvəllər dost münasibətdə olsa da, sonra da aralarında gərginlik yaranıb. Onlar son günlərinə qədər bir-birləri ilə küsülü olublar. Tanınmış reper Anar Nağılbaz isə Hüseyn Dəryanın ölümündən sonra onun dəfnində iştirak edib və sosial şəbəkədə başsağlığı verib.

5. Hüseyn Dərya verlişlərin birində narahat həyat yaşadığını və doğulduğu üçün peşmanlığını dilə gətirmişdi: "Doğulmağıma peşmanam. Bəlkə də, dünyaya gəlmə ixtiyarım öz əlimdə olsaydı, Allaha yalvarırdım ki, məni yaratmasın. Zəng vurub məni ölümlə hədələyiblər. Amma mən öləcəyimə sevinən insanam".

***

6. Hüseyn Dəryanın sözlərinə görə, həyatı boyu dəfələrlə intihara cəhd edib. Bir dəfə isə özü bu bərədə etiraf edib: "İki həftə dayanmadan gündə beş dəfə intihar planlamışam. Mən yaşadıqca hələ çox göz yaşı tökəcəm, mənim yaşadığım hər bir gün cəhənnəmə gedəcəyim bir addımdır".

7. 2014-cü il, martın 14-ü, gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin martın 15-də səhər saatlarında dünyasını dəyişib.

***

8. Birinci həyat yoldaşının sözlərinə görə, Hüseyn Dərya qəza keçirəndən sonra xəstəxanaya aparılıb. Orada onun əməliyyat olunmasına qərar verilib. Lakin astma xəstəsi olduğu üçün ona narkoz vermək olmazmış. Onun ölümünə səbəb də elə bu fakt olub. Narkoz verilən kimi Hüseyn dünyasını dəyişib.

9. Deyilənlərə görə, Hüseyn vəfat edəndən sonra onun nəşini morqdan çıxaran zaman Hüseynin səsini eşidiblər. Bu iddianı isə Fəxrəddin Sadıqzadə irəli sürüb: "Hüseyn Dərya morqdan çıxarılan vaxt mən orada idim. Cənazəni yaxınlarına təhvil verəndə çəkiliş aparırdım. Hüseyni maşına qoyanda bir xırıltı eşidildi. Əvvəlcə şoka düşdüm. Elə bildim ki, bu səsi tək mən eşitdim. Bir neçə saniyə sonra Hüseyn Dəryanın həyat yoldaşı Sona da "bu, Hüseynin səsidir" deyib".

10. 2019-cu ildə Hüseyn Dəryanın qızı efirlərə çıxaraq atasının ikinci arvadı Sona və onun oğlu Cahangir haqqında iddialı fikirlər səsləndirərək Cahangirin atasından olduğuna şübhə etdiyini bildirib:

"Bura gələndə əminliklə bilirdim ki, qardaşımdır, sübut olunsun deyirdim. Amma artıq ağlımdakı suallara mənəvi olaraq cavab verirəm. Cahangir mənim qardaşım deyil, atamın mənəvi oğludur. Lazım gəlsə, atamın qəbri də açılacaq, məsələyə aydınlıq gətiriləcək. Mən və bibilərim qəbrin açılmasına qədər gedib çıxacağıq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

4 Şərh:

  • Anonim
    asi · 2 İyul 18:1721

    Allah rəhmət etsin..Həqiqi fanata sahib olan tək insan idi, şou aləmində..Həyatındakı səhvlərinə rəğmən sevilirdi..Çünki, o səhvlər özünü məhv etsə də, yaradıcılığına və efir, danışıq mədəniyyətinə yansımırdı..Şəkildə əklildəki yazıya məətəl qaldım..Süni kitayski güllərdən yığılma əklil ataya necə xatirə ola bilər??..Bir ay Bakının 35-40 dərəcə istisi vurandan sonra rəngi solur, yeri zibil qabı olur..Belə gic-gic yazılarla mərhum anmalar da ancaq bizdə olar..

    Cavab yaz
    • Anonim
      Princess · 3 İyul 08:4311

      Salam Asi xanım. Son cumleleriniz güldürdü meni. Hegigeten de siz deyən kimi olur amma.

      Cavab yaz
      • Anonim
        asi · 3 İyul 13:3300

        Salam Prinses..Xoş gördük səni, necəsən??..

        Cavab yaz
  • Anonim
    Princess · 3 İyul 08:4200

    Sözün əsl mənasında Derya idi Hüseyn Derya. Morgdan cixdigdan sonra tabutu maşına goyarken eşidilən o ses Fegana aid idi. Bu sübut edilmişdir sonradan. Hüseyn'i sagken dəfn etməmişdilər. Cahangirin onun oğlu olub olmamasını tesdig etmək üçün bacıdan da örnək ala bilərlər. Bunun üçün gebrini açmağ neye lazımdır ki?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics