Bakıda "Eurovision-2012" mahnı müsabiqəsində Rusiyanın təmsilçisi "Buranovskiye babuşki" ("Buranovo nənələri") bir daha hamını təəccübləndirməyə hazırlaşırlar. Kollektiv hazırda Bakıda təqdim etmək üçün Azərbaycan kompozisiyalarından birinin seçimi üzərində çalışır. Bu barədə Trend-ə telefonla "Buranovskiye babuşki" kollektivinin direktoru Kseniya Rubtsova bildirib.
"Biz Azərbaycan mədəniyyətini çox sevirik və hətta hazırda nənələr Bakıda təqdim etmək üçün Azərbaycan kompozisiyalarından birinin seçimi üzərində çalışırlar", - Rubtsova deyib.
Xanım Rubtsova Azərbaycanın Lənkəran rayonunda "Nənələr" adlı folklor ansamblının olduğunu biləndə, tanış olmaq və hətta birgə layihə reallaşdırmaq arzusunu dilə gətirib.
"Azərbaycanlı nənələrin folklor ansamblı ilə məmnuniyyətlə tanış olarıq və birgə layihə də hazırlaya bilərik", - kollektivin direktoru əlavə edib.
Udmurtiyanın Malopurgin rayonunun Buranovo kəndindən olan "Buranovskiye babuşki" (udmurtca "Branqurtıs pesnyayös") folklor kollektivi udmurt dilində müxtəlif hitlər, məşhur rus və xarici ifaçıların mahnılarını ifa edirlər.
Ansambl 40 il bundan əvvəl yaradılıb. Kollektiv ilk dəfə 2008-ci ildə udmurt dilində məşhur mahnıları ifa etməyə başlayıb. Kollektiv Rusiyanın "Evrovision 2010" seçim turunda "Dlinnaya-dlinnaya beresta i kak sdelat iz neyo ayşon" mahnısı ilə (3-cü yeri tutublar) iştirak edib və "Party for Everybody" mahnısı ilə çıxış edərək qalib gəliblər. Onlar Bakıda "Evrovision-2012" mahnı müsabiqəsində ölkəni təmsil edəcəklər.
Kollektivin tərkibi: Qranya İvanovna Baysarova, Alevtina Gennadyevna Beqişova, Zoya Sergeyevna Dorodova, Qalina Nikolayevna Koneva, Natalya Yakovlevna Puqaçova, Valentina Semyonovna Pyatçenko, Yekaterina Semyonovna Şklyayeva. Ansamblın bədii rəhbəri Olqa Nikolayevna Tuktaryovadır.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Rusiyanın "Buranovskiye babuşki" ilə Azərbaycan "Nənələr"indən birgə layihə gözlənilir
12 Mart 2012 16:01
Baxış: 307

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert keçirilib – FOTO
-
“O olmasın, bu olsun“ tamaşasını nümayişi olacaq - əsas rolda Azər Zeynalov
-
Gəncə Dövlət Filarmoniyasinda Məmmədağa Umudovun müəllif gecəsi baş tutub - FOTO
-
“Nine Senses Fest” Beynəlxalq Yoqa Festivalının bağlanış mərasimi keçirilib - FOTO
-
Azərbaycan mədəniyyətinə ağır itki - FOTO
-
Muğam müsabiqəsində nə baş verib? - Xalq artistindən iddialara cavab
XƏBƏR LENTİ
-
Kiberdələduzların qurbanı olmamaq üçün nə etmək lazımdır? - VİDEO
-
Paltaryuyana bunu qoyun - Olanlara inanmayacaqsız
-
Tunar buna görə efirdən uzaq düşübmüş
-
Dörd bürc "qaz vurub, qazan dolduracaq"
-
Bunu hərgün için - Bağırsaqları qoruyur
-
Limon sıxıb içəndə faydası 2 dəfə artır
-
Estetik etdirib özünü tanınmaz hala saldı - FOTO
-
Faydalı bilib hər gün içirik - Qaraciyəri məhv edirmiş
-
Yayın sevilən meyvəsi kişilərin yataq performansını artırırmış
-
Xırıltı, öskürək, nəfəs darlığı: Bu simptomlara diqqət!
-
"Şəbnəmin hansı "keyfiyyətli" işindən danışırsınız?"
-
Gecə Bakıda "meteor yağışı"nı izləmək mümkün olacaq
-
Nazarbayevin xanımı xəstəxanaya yerləşdirilib
-
Motosiklet və moped sürücülərinin nəzərinə! - VİDEO
-
“Məni Almaniyadan buraxmaq istəmirdilər”
-
İqtisadi tənəzzülə hazır olmalıyıq - AİB prezidenti
-
Günün qoroskopu: Niyyətlərinizi aydınlaşdırın
-
Vüqar Həşimovun bacısına vəzifə verildi
-
Azərbaycan futbolunda ilk - Kişi komandasında qadın məşqçi
-
Rusiyaya getmək çətinləşir - İyunun 30-dan kod alınmalıdır - VİDEO
-
Bu sosial platforma tarixə qovuşdu
-
"Fənərbağça"nın yeni baş məşqçisi sabiq "Qalatasaray"lı ola bilər
-
UEFA Çempionlar Liqasının yarımfinal matçlarını idarə edəcək hakimlər bəlli oldular
-
“Yaxşı edib Orxana Sarayda konsertə icazə verməyiblər”