Muğam müsabiqəsində nə baş verib? - Xalq artistindən iddialara cavab
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gənc xanəndə Rəqsanə Ağayeva Muğam müsabiqəsinin seçimlərinin ədalətli keçirilmədiyini iddia edir.
Milli.Az xəbər verir ki, bu barədə gənc ifaçı sosial şəbəkə hesabında paylaşım edib.
"Müsabiqədə məni bilərəkdən kəsdilər. Şəffaflıq yoxdur. Hər münsif öz tələbəsini keçirir növbəti 20-liyə. Nə üçün məni kəsdiklərini soruşduqda heç kim cavab vermir, deyirlər səni gərək Şamaxıdan seçib gətirməyərdik. Xaric oxumuram, səsimdə xırıltı yox. Nə vaxta qədər haqsızlıq olar?" - deyə gənc xanəndə paylaşımında bildirib.
Tanınmış müğənni Nişanə Baxışova da paylaşıma dəstək verərək illər əvvəl eyni haqsızlıqla üzləşdiyini və bunun illərdir davam etdiyini bildirib.
Münsiflər heyətinin üzvlərindən olan Xalq artisti Nəzakət Teymurova iddialarla bağlı modern.az-a açıqlama verib.
Onun sözlərinə görə, Rəqsanə birinci turda bərbad gündə ifa etmişdi, həm də biraz aqressiv idi, ağzına gələni danışırdı, ifaçıları regionlara bölürdü:
"Seçilməyənlər arasında mənim də tələbələrim olub. Eləcə də başqalarının da tələbələrindən seçilməyənlər var. Yəqin həmin gün yaxşı oxumayıb ki, keçməyib. Ondan da güclü tələbələr olub ki, imtahandan keçməyib. Yəqin ki, ondan gözəl ifaçılarımız olub ki onlar seçilib. Şikayət edənlərdən biri də mənim magistratura pilləsində təhsil alan tələbəm-Nuranə Haqverdiyeva olub. Onda mən öz tələbəmi seçərdim də. Yəni 8 münsifin hər biri qərar verməlidir ki, hansı ifaçı digərindən üstün oxuyub. Muğam müsabiqəsindən sonra həmişə belə fikirlər irəli sürülür. İnşallah, Rəqsanə özünü yenidən sınayar. Özünü yaxşı göstərsin ki, yenidən muğam müsabiqələrinə qatıla bilsin" - Nəzakət Teymurova qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Möhtəşəm final - rəqs və çerlidinq üzrə Azərbaycan Çempionatı keçiriləcək - FOTO
-
“PLENER ƏSƏRLƏR” yaradıcılıq sərgisinə əsərlər qəbul olunur
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının ilk günü Azərbaycan Dövlət Uşaq Filarmoniyasının səhnəsində baş tutub - FOTO
-
Kinematoqrafçılar İttifaqında keçirilən seçkilər tamamilə qeyri-legitimdir - Rafiq Qəmbərov
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının təntənəli açılış konserti keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Xalq artisti əməliyyat olunacaq
-
Zelenski: Ağ Ev müraciətimizə cavab verməyib
-
“Şamaxı”nın yeni baş məşqçisi o oldu
-
Azərbaycanın qaz ehtiyatları nə qədərdir və dünyada hansı sıradayıq?
-
Türkiyə millisinin DÇ-2026 heyəti açıqlanıb - 26 futbolçu seçildi
-
Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr yaradılıb
-
AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib
-
Hava kəskin dəyişir - Bakıda yağış başlayacaq - PROQNOZ
-
Leyla Əliyeva və Alona Əliyeva Akademik Musiqili Teatrda “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı izləyiblər - FOTO
-
Tarixi rekord yaxınlaşır - 100 mərtəbəni keçən bina tikilir
-
"Qəbələ" iki futbolçu ilə yolları ayırdı
-
Rusiya bir gecədə bu qədər PUA vurdu
-
“Niyə ceyranın balası doğulan kimi qaça bilir, insan övladı YOX?"
-
Azərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi
-
"Mənim başıb xarabdır, qanım XARAB DEYİL" - Oxuduğu dueti "Youtube"dan sildirdi
-
20 ballıq cərimə limiti artırılır?
-
"Onların pulunu mən ödəyəcəyəm"
-
İrandan Rusiyaya narkotik daşıyan TIR Azərbaycanda belə saxlanıldı - VİDEO
-
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
-
Prezident İlham Əliyev Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb
-
Hamiləlik zamanı cəzanın təxirə salınması ilə bağlı yeni qayda
-
18 aptekdə nöqsan aşkarlandı
-
Pünhanın nişan görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO
-
Azərbaycanlılar niyə mütləq ev sahibi olmağa çalışır? - ARAŞDIRMA





