Hadisə

Aeroport yolunda qaydaları pozan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO

2 İyun 2026 10:47
Baxış: 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sabunçu rayonu ərazisində, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Milli.Az-a verilən məlumata görə, qəza hərəkətin intensiv olduğu yolda sürücülərdən birinin sürəti azaltması və təhlükəli manevr etməsi nəticəsində qeydə alınıb.

Hadisə zamanı bəzi sürücülərin düzgün ara məsafəsi saxlamaması nəqliyyat vasitələrinin toqquşmasına səbəb olub.

Bildirilib ki, qəzanın baş verməsində əsas amillərdən biri hərəkət iştirakçılarının manevr zamanı təhlükəsizlik qaydalarına tam əməl etməməsi olub.

Qeyd edilib ki, dönmə işığının yandırılması sürücüyə yolda üstünlük vermir və digər hərəkət iştirakçılarının hərəkət trayektoriyasını nəzərə almadan manevr etmək üçün əsas hesab edilə bilməz.

DİN sürücülərə təhlükəsiz ara məsafəsini qorumağı, manevrlər zamanı diqqətli olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.