"Bu, nikah idi, hələ toy olmayıb" - Nəsrin ilk dəfə açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ilk dəfə ailə qurması ilə bağlı suallları cavablandırıb.
Milli.Az-ın məlumatına görə, aktrisa "Hürriyet"ə açıqlama verib. Nəsrin həyat yoldaşı Kadir Taner Uçarla nikah bağlasa da hələ ki, toy etmədiklərini bildirib:
"Bu, sadəcə nikah idi. Toyumuz isə, inşallah, olacaq. Həm mən, həm də həyat yoldaşım hər şeyi nəzarətdə saxlamaq istəyən, "Görəsən buna ayıb olar, ona ayıb olar?" deyə düşünən insanlarıq. Üstəlik, azad yaşamağa da öyrəşmişik. Kadirə dedim ki, "Əgər biz bunu uzun-uzadı düşünsək, ikimiz də evdə qalarıq. Heç vaxt evlənə bilmərik. Yox, İtaliyada olsun, yox, o gəlinlik alınsın... Bu söhbətlərə girsək, bu iş alınmaz. Hər şey bir az birdən olmalıdır". O da mənimlə razılaşdı. Evlilik təklifindən bir ay sonra Bodrumda nikah bağladıq".
Nəsrin Kadirlə necə tanış olduqlarından söz açıb:
"Seda abla (Seda Sayan) gənc qızlara necə məsləhət verirdisə, elə də oldu. Tanış olandan altı ay sonra evlilik təklifi aldım, yeddinci ayda isə evləndim. Deməli, belə olmalı imiş. Seda xanıma bu mövzuda tam haqq verirəm. İdman zalında tanış olduq. Tekstil şirkəti var. Elə bildim idmançıdır. Ona deyirəm ki, "Məndən başqa heç kimlə evlənə bilməzdin". Çünki mən gün çıxan kimi, idmana gedirəm, Kadir də elə. Sonra da işə gedir. Demək olar ki, idman zalında cəmi iki nəfər idik. Onsuz da mənim həyatım çəkiliş meydançası, ev və idman zalından ibarətdir. Axşam saat 21:00 olan kimi yatıram. O da elədir.
Ondan soruşsan, ilk addımı mən atmışam. Amma bu, tamamilə yalandır. Mən uzağı görə bilmirəm. O deyir ki, "Sən mənə baxırdın, məni bəyənmişdin, zalda məni izləyirdin. O yaşıl işığı yandırmasaydın, mən heç vaxt gəlib "Bu alətdə neçə setiniz qalıb?" deməyə cəsarət etməzdim".
Amma mən onun dediyi kimi ona baxmırdım. Qarşımdakı adamın qadın, yoxsa kişi olduğunu, əzələli, yoxsa yaraşıqlı olduğunu belə seçə biləcək vəziyyətdə deyiləm. Çünki həm miyopam, həm də astiqmatım var.
Dediyim kimi, yenə bir axşam saat 21:00-da pijamalarımı geyinib yatmağa hazırlaşırdım. Kadir zəng edib ki, "Nesrin, aşağı düş, səni bir yerə aparmalıyam". Aşağıya baxdım əlində böyük bir gül dəstəsi vardı. Aşağı düşdüm. Bir anda binanın qarşısında diz çökdü. Sonra cibindən bir qutu çıxarıb üzüyü göstərdi və dedi ki, "Mənimlə evlənərsən?" Bu arada yeni serialımda ("Daha 17") "Şebnem" obrazı üçün də öz üzüyümdən istifadə edirəm".
Nəsrin bildirib ki, həyat yoldaşı onun hansı peşənin sahibi olmasından xəbərsiz olub:
"Xeyr, o, mənim işlərimin heç birini bilmir. İndiyə qədər yalnız "Dilberin sekiz günü" filminə baxıb. Orada da mən özüm deyiləm, tamam başqa bir insanam. Bəzən mənə irad bildirəndə deyirəm ki, "Mən sənət dünyasından gəlmişəm. İndi bütün filmlərimi açıb sənə izlədərəm, onda nə baş verdiyini bilə bilməzsən". O da həmin an susur". (axşam.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rusiyanın itkiləri yeniləndi
-
Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürdü
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)





