Kamaləddin Qafarov: “Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır”
"Azərbaycanın müstəqillik tarixində enerji sektoru təkcə iqtisadi inkişafın deyil, həm də dövlət quruculuğunun, beynəlxalq tərəfdaşlıqların və geosiyasi mövqelərin möhkəmlənməsinin əsas sütunlarından biri olub".
Milli.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında deyib.
O, bildirib ki, iyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərin açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də məhz bu reallığın növbəti təsdiqi kimi diqqəti cəlb edir. "Dövlət başçısının vurğuladığı kimi, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan platforma sonradan genişlənərək Bakı Enerji Həftəsinə çevrilib. Bu fakt təkcə tədbirin miqyasının böyüməsini deyil, həm də Azərbaycanın enerji sektorunda keçdiyi inkişaf yolunu əks etdirir. Əslində, ötən onilliklər ərzində ölkənin enerji strategiyasının formalaşması və beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınması məhz bu platformalarda atılan addımlarla sıx bağlıdır"
Fikirlərini davam edən millət vəkili Prezident İlham Əliyevin çıxışında ölkənin makroiqtisadi göstəriciləri ilə bağlı yer alan məqamları xüsusi qeyd edib: "Son illərdə qlobal iqtisadiyyatda baş verən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycanın maliyyə sabitliyini qoruyub saxlaması, beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində mövqeyini yaxşılaşdırması və investisiya səviyyəli reytinq əldə etməsi iqtisadi siyasətin səmərəliliyini nümayiş etdirir. Dövlət başçısının qeyd etdiyi kimi, yoxsulluğun 5 faiz səviyyəsinə endirilməsi, işsizliyin minimum göstəricilər ətrafında saxlanılması və xarici borcun əhəmiyyətli dərəcədə azaldılması iqtisadi dayanıqlığın əsas indikatorları hesab olunur. Bu nəticələr təsadüfi deyil. Onların arxasında enerji gəlirlərinin düzgün idarə olunması, Dövlət Neft Fondu vasitəsilə həyata keçirilən uzunmüddətli strategiya və qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasət dayanır. Müasir mərhələdə Azərbaycanın enerji siyasətinin yeni istiqaməti yaşıl enerji və elektrik enerjisi ixracı ilə bağlıdır. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi Qara dəniz enerji kabeli layihəsi bu baxımdan strateji əhəmiyyət daşıyır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında həyata keçirilən bu təşəbbüs Xəzər regionunda istehsal ediləcək yaşıl enerjinin Avropa bazarına çıxarılmasını təmin edəcək. Bununla yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik kabeli layihəsi də regional enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır. Bu layihələr təkcə enerji ixracının şaxələndirilməsi deyil, həm də Avropanın enerji təhlükəsizliyinə verilən töhfənin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda yeni Komissiya yaradıldı - Baş nazir sərəncam imzaladı
-
Fuad Çıraqov yüksək vəzifəyə təyin EDİLDİ
-
Donald Tramp Azərbaycana bu diplomatı səfir göndərmək istəyir
-
Kamaləddin Qafarov: “Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır”
-
Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib - FOTO
-
İlham Əliyev Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini Kaleb Orra göstərib - VİDEO
XƏBƏR LENTİ
-
Qanunsuz saxlanılan silahlar aşkarlandı
-
146 min şagirdlə bağlı mühüm qərar - Sistem bağlandı
-
Öz-özünə danışmaq normaldırmı?
-
İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
-
Azərbaycanda yeni Komissiya yaradıldı - Baş nazir sərəncam imzaladı
-
Fuad Çıraqov yüksək vəzifəyə təyin EDİLDİ
-
Aeroport yolunda qaydaları pozan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO
-
Paytaxtda yeni qadağa - Avtomobil sahibləri diqqətli olsun
-
Ölkəmizə yay fəsli bu tarixdə daxil OLACAQ
-
"Atamla münasibətinizi öyrənəndə 8 yaşım var idi"
-
“Atletiko Madrid”dən gedir
-
Möhtəşəm final - rəqs və çerlidinq üzrə Azərbaycan Çempionatı keçiriləcək - FOTO
-
Donald Tramp Azərbaycana bu diplomatı səfir göndərmək istəyir
-
Bu ölkədə güclü zəlzələ oldu
-
Kamaləddin Qafarov: “Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır”
-
“PLENER ƏSƏRLƏR” yaradıcılıq sərgisinə əsərlər qəbul olunur
-
Döyüşünə biletlər 4 dəqiqəyə SATILDI
-
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
-
Türkiyədə ürəkdağlayan qəza: Ata və 9 aylıq oğlu həlak oldu - FOTO
-
İyun ayının ən şanslı bürcləri açıqlandı - Sizi nə gözləyir?
-
Bakıda qatarın qarşısına çıxan 22 yaşlı gənc öldü
-
Kenan Yıldızdan diqqət çəkən FOTOlar
-
Abituriyentlərin NƏZƏRİNƏ: Vacib qeydiyyat bu gecə bitir
-
Güclü külək gəlir - Xəbərdarlıq edildi





