Güclü külək gəlir - Xəbərdarlıq edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah gündüzədək bəzi ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Milli.Az xəbər verir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Atletiko Madrid”dən gedir
-
Möhtəşəm final - rəqs və çerlidinq üzrə Azərbaycan Çempionatı keçiriləcək - FOTO
-
Donald Tramp Azərbaycana bu diplomatı səfir göndərmək istəyir
-
Bu ölkədə güclü zəlzələ oldu
-
Kamaləddin Qafarov: “Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır”
-
“PLENER ƏSƏRLƏR” yaradıcılıq sərgisinə əsərlər qəbul olunur
-
Döyüşünə biletlər 4 dəqiqəyə SATILDI
-
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
-
Türkiyədə ürəkdağlayan qəza: Ata və 9 aylıq oğlu həlak oldu - FOTO
-
İyun ayının ən şanslı bürcləri açıqlandı - Sizi nə gözləyir?
-
Bakıda qatarın qarşısına çıxan 22 yaşlı gənc öldü
-
Kenan Yıldızdan diqqət çəkən FOTOlar
-
Abituriyentlərin NƏZƏRİNƏ: Vacib qeydiyyat bu gecə bitir
-
Güclü külək gəlir - Xəbərdarlıq edildi
-
Minlərlə işçini maraqlandıran QƏRAR: Yeni qadağalar başladı
-
Gənc reper ÖLDÜ - FOTOlar
-
"O, dünyanın ən yaxşısıdır"
-
Milyonlarla insanın etdiyi səhv
-
Neft bazarında kəskin yüksəliş: Görün neçə dollara qalxdı
-
“Space TV"dən GETDİ: 3 aydır maaş ala bilmir
-
Bu ərazilərdə 1 saat sonra qaz KƏSİLƏCƏK
-
ATM-lərdə illərdir davam edən sistem tarixə qarışır
-
Bu gün maşınla yola çıxanların DİQQƏTİNƏ
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının ilk günü Azərbaycan Dövlət Uşaq Filarmoniyasının səhnəsində baş tutub - FOTO





