“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının ilk günü Azərbaycan Dövlət Uşaq Filarmoniyasının səhnəsində baş tutub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
31 may - 3 iyun tarixlərində Bakıda möhtəşəm "Uşaq Dünyası" I Beynəlxalq Musiqi Festivalı keçirilir.
Festival M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə həyata keçirilən ilk beynəlxalq layihədir. Festivalın əsas məqsədi istedadlı uşaqları tanıtmaq, onları böyük səhnəyə çıxarmaq və peşəkar sənətçilərlə birgə yaradıcılıq layihələrinə cəlb etməkdir. Bu festival eyni zamanda nəsillərarası yaradıcı davamlılığın və sənət ənənələrinin qorunmasının gözəl nümunəsidir. Tədbirlər xüsusi qayğıya ehtiyacı olan uşaqların da iştirakı ilə keçirilir.
"Uşaq Dünyası" I Beynəlxalq Musiqi Festivalının ilk günü Azərbaycan Dövlət Uşaq Filarmoniyasının səhnəsində baş tutub. Konsertdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu Kamilla Sədirxanovanın gənc və istedadlı həvəskar, eləcə də peşəkar tələbələrinin iştirakı ilə "Sərhədsiz fortepiano" adlı konsert proqramı təqdim olunub.
Həvəskar pianoçulara dəstək məqsədilə K.Sədirxanovanın Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alan şagirdləri də maraqlı ifaları ilə çıxış ediblər. İfaçılar arasında Qazaxıstan, Rusiya və Ukraynanı təmsil edən iştirakçılar da yer alıb.
Konsertin əvvəlində Kamilla Sədirxanova bütün iştirakçılara uğular arzulayıb, bu festivalda yer aldıqlarına görə Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadəyə təşəkkürünü bildirib.
Müxtəlif janrları əhatə edən maraqlı repertuar və yüksək ifaçılıq məharəti tamaşaçılara unudulmaz musiqi anları yaşadıb. Konsertin sonunda həm tamaşaçılar, həm də ifaçılar üçün yaddaqalan nömrə təqdim olunub.
Belə ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Afaq Aşumova və Kamilla Sədirxanova dörd əl üçün yazılmış kompozisiyanın ifası ilə tələbələrini müşayiət ediblər. Konsertin final nömrəsi isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Yusifova və Kamilla Sədirxanovanın birlikdə təqdim etdikləri duet olub.
Konsertin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının ilk günü Azərbaycan Dövlət Uşaq Filarmoniyasının səhnəsində baş tutub - FOTO
-
Kinematoqrafçılar İttifaqında keçirilən seçkilər tamamilə qeyri-legitimdir - Rafiq Qəmbərov
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının təntənəli açılış konserti keçirilib - FOTO
-
Rauf Hacıyevin ailəsində ağır İTKİ
-
“CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO
XƏBƏR LENTİ
-
Xalq artistinin oğlunun toyu oldu
-
Bu ərazilərdə 1 saat sonra qaz KƏSİLƏCƏK
-
ATM-lərdə illərdir davam edən sistem tarixə qarışır
-
Bu gün maşınla yola çıxanların DİQQƏTİNƏ
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının ilk günü Azərbaycan Dövlət Uşaq Filarmoniyasının səhnəsində baş tutub - FOTO
-
ChatGPT özünə ən uyğun 3 peşəni açıqladı
-
23 illik taxtını itirdi: Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
-
Təzə yarpağın daxlanılmasının 4 üsulu
-
Diabet necə yaranır? - Həkimlər əsas səbəbləri açıqladı
-
Miqren tutması zamanı bu üsul köməyinizə çata bilər
-
19 mərtəbəli binanın tam ortasından qatar keçir
-
Akın Akınözü yeni layihədə
-
Dünyanın ən dəyərli klubları bilindi
-
"Bu, nikah idi, hələ toy olmayıb" - Nəsrin ilk dəfə açıqladı
-
33 yaşında faciəvi şəkildə vəfat etdi
-
Günün qoroskopu: Sümük və oynaq ağrılarına qarşı ehtiyatlı davranmalısınız
-
Xalq artistinin oğlunun toyudur
-
Türkiyə millisindən böyükhesablı qələbə
-
Qanuna tabe olmayan sürücü saxlanılıb
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğuldu
-
"İsrail və “Hizbullah” arasında atəşkəsəldə olunub"
-
Sumqayıtda yaşayış binasında partlayış olub - FOTO
-
İnyesta bu klubun baş məşqçisi oldu





