1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ölkənin ən mühüm mədəniyyət ocaqlarından birinin 90 illik yubileyinə həsr olunmuş "90 illik ifa" layihəsi çərçivəsində möhtəşəm klassik musiqi gecəsi keçirilib.
Tədbiri giriş sözü ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aybəniz Növrəslı açaraq Filarmoniyanın milli musiqi sənətinin qorunması və inkişafındakı çoxillik fəaliyyətindən danışıb.
Dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dünya musiqi klassikasının görkəmli nümunələrini - Bedrjix Smetananın "Satılmış gəlin" operasına uvertüranı və Fikrət Əmirovun simfonik muğamı olan "Kürd-Ovşarı"nı təqdim edib.
Gecənin əsas hadisəsi isə Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, virtuoz skripkaçı Elvin Hoca Qəniyevin çıxışı olub. Musiqiçi orkestrin müşayiəti ilə Antonin Dvorjakın skripka və orkestr üçün la minor, op.53 konsertini ifa edərək yüksək peşəkarlığını və əsərə dərin yanaşmasını nümayiş etdirib.
Hazırda Türkiyədə yaşayan və fəaliyyət göstərən Elvin Hoca Qəniyev Azərbaycanın musiqi sənətini dünyanın ən nüfuzlu səhnələrində uğurla təmsil edir. Onun ABŞ, Avropa, Asiya və Afrika ölkələrində keçirilən konsertləri tamaşaçıların böyük rəğbəti və musiqi tənqidçilərinin yüksək qiyməti ilə qarşılanır.
Tamaşaçıların xüsusi heyranlığına səbəb olan məqamlardan biri də konsertin əfsanəvi 1715-ci il istehsalı Quarneri skripkasında ifa olunması idi. Gənc sənətkarın əllərində nadir alət öz bənzərsiz səs gözəlliyini tam şəkildə nümayiş etdirərək çıxışı əsl sənət bayramına çevirib.
"Son illər ərzində mən dünya səhnələrində 1715-ci il istehsalı olan Quarneri skripkası ilə çıxış edirəm. Bu alət 2019-cu ildə dövlətimiz tərəfindən mənə təqdim olunub ki, Azərbaycanı və milli musiqi sənətimizi beynəlxalq arenada layiqincə təmsil edim. Bu, mənim üçün böyük şərəf, yüksək məsuliyyət və xüsusi qürur mənbəyidir.
Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun diqqət və dəstəyi sayəsində peşəkar inkişafım üçün bütün imkanlar yaradılıb. Dünyanın ən nüfuzlu musiqi ali məktəblərində təhsil almaq, görkəmli müəllim və ustalarla çalışmaq, tanınmış sənətkarlar və kollektivlərlə eyni səhnəni bölüşmək imkanı əldə etmişəm. Bütün bunlar mənim yaradıcılıq yolumun mühüm hissəsinə çevrilib.
Mən göstərilən bu dəstəyə görə səmimi qəlbdən minnətdaram və öz borcum hesab edirəm ki, daim inkişaf edim, yeni repertuarlar üzərində çalışım, maraqlı layihələr həyata keçirim və Azərbaycanı dünya mədəni məkanında layiqincə təmsil edim", - deyə Elvin Hoca Qəniyev bildirib.
Elvin Hoca Qəniyevin çıxışı yubiley gecəsinin əsl bəzəyinə çevrilib. Tamaşaçılar sənətkarı sürəkli alqışlarla qarşılayıb, konsertin yaratdığı yüksək əhval-ruhiyyə isə Filarmoniyanın dünya klassik musiqisinin ən gözəl nümunələrinin təbliğindəki xüsusi rolunu bir daha təsdiqləyib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının təntənəli açılış konserti keçirilib - FOTO
-
Rauf Hacıyevin ailəsində ağır İTKİ
-
“CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
-
“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Ölkəmizdə Ebola riski varmı? - Rəsmi açıqlama
-
Tanınmış müğənni konsertini yarımçıq qoyub səhnəni tərk etdi
-
“Daçnik”də istirahət edənlərə vacib XƏBƏRDARLIQ
-
Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?
-
Ayağı amputasiya edilən "Survivor" yarışmaçısının son halı - FOTO
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
-
Bakıda 5001 qızıl gül kimə verilib? - VİDEO
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
-
2026-cı il Dünya Kubokunda İLK DƏFƏ
-
"Arvadına söz keçirə bilməyən hansı kişilikdən DANIŞIR?"
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının təntənəli açılış konserti keçirilib - FOTO
-
Rusiya Ukraynada bu ərazini nəzarətə götürdü
-
Argentina yığmasında Messi ilə bağlı ŞOK
-
Rayonlara istirahətə getmək istəyənlər bu xəbəri mütləq OXUSUN - Qiymətlər...
-
Tacir Bakıdan KÖÇÜR: Ev verilib
-
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər - FOTO
-
Azərbaycan və İran sərhədində generalların görüşü keçirildi - FOTO
-
Bu axşam Türkiyənin matçı VAR
-
Usta işlədiyi evə girib pul oğurladı
-
Azyaşlının həyatını belə xilas etdi - VİDEO
-
Xəbərdarlıq edildi: Güclü yağış, dolu və sel gəlir
-
Güclü maqnit qasırğası olacaq - Bu tarixdə...
-
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - VİDEO - FOTO
-
Dərman qiymətlərində dəyişiklik EDİLDİ - RƏSMİ





