“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının təntənəli açılış konserti keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Uşaq Dünyası" I Beynəlxalq Musiqi Festivalının təntənəli açılış konserti M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.
İlk olaraq çıxış üçün səhnəyə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağı-zadə dəvət olunub. Onlar hər ikisi festivalın əhəmiyyətindən, uşaqların gələcək həyatına müsbət təsirindən danışıb və bütün iştirakçılara uğurlar arzulayıblar.
Daha sonra bir-birinin ardınca Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq Folklor Mahnı və Rəqs Ansamblının müxtəlif rəqs qrupları rəngarəng, təkrarolunmaz rəqslər nümayiş etdirib.
Festival çərçivəsində ilk dəfə olaraq baletmeyster Ceyhun Qurbanovun rəhbərliyi altında Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupu eyni səhnəni bölüşüb. Qeyd edək ki, Dövlət Uşaq Filarmoniyasının rəqs qruplarının xoreoqrafları Nigar Zeynalova, Məhəmməd Quliyev və Günel Təhməzovadır.
Konsertdə həmçinin Dövlət Uşaq Filarmoniyasının "Sədəf" xalq çalğı alətləri ansamblı və solistləri çıxış ediblər. Ansamblın ifasında muğamlar, xalq mahnıları və rəqsləri, bəstəkar mahnıları səsləndirilərək milli musiqi irsimizin zənginliyi nümayiş etdirilib. Ansamblın bədii rəhbəri Qönçə Mehdiyevadır.
Rəngarəng konsert proqramı ilə yanaşı, gənc istedadların rəsm və əl işlərindən ibarət sərgi də tamaşaçılara təqdim olunub.
Festivalın növbəti günlərində "Nağıllar aləminə səyahət" adlı qiraət axşamı, uşaqlarla estrada-caz konserti, klassik musiqi axşamı, "Retro dalğası" adlı xor-vokal konserti, eləcə də Xalq Çalğı Alətləri Orkestri, xanəndələr və nağaraçılar ansamblının iştirakı ilə təntənəli bağlanış mərasimi keçiriləcək.
Musiqi və sənətsevərləri "Uşaq Dünyası" I Beynəlxalq Musiqi Festivalının növbəti konsert proqramlarında iştirak etməyə dəvət edirik.
Ətraflı məlumat və biletlər:
https://iticket.az/events/concerts/kids-worldkor
https://iticket.az/events/concerts/kids-worldflr2
https://iticket.az/events/concerts/kids-worldsph
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının təntənəli açılış konserti keçirilib - FOTO
-
Rauf Hacıyevin ailəsində ağır İTKİ
-
“CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
-
“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?
-
Ayağı amputasiya edilən "Survivor" yarışmaçısının son halı - FOTO
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
-
Bakıda 5001 qızıl gül kimə verilib? - VİDEO
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
-
2026-cı il Dünya Kubokunda İLK DƏFƏ
-
"Arvadına söz keçirə bilməyən hansı kişilikdən DANIŞIR?"
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının təntənəli açılış konserti keçirilib - FOTO
-
Rusiya Ukraynada bu ərazini nəzarətə götürdü
-
Argentina yığmasında Messi ilə bağlı ŞOK
-
Rayonlara istirahətə getmək istəyənlər bu xəbəri mütləq OXUSUN - Qiymətlər...
-
Tacir Bakıdan KÖÇÜR: Ev verilib
-
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər - FOTO
-
Azərbaycan və İran sərhədində generalların görüşü keçirildi - FOTO
-
Bu axşam Türkiyənin matçı VAR
-
Usta işlədiyi evə girib pul oğurladı
-
Azyaşlının həyatını belə xilas etdi - VİDEO
-
Xəbərdarlıq edildi: Güclü yağış, dolu və sel gəlir
-
Güclü maqnit qasırğası olacaq - Bu tarixdə...
-
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
-
Dərman qiymətlərində dəyişiklik EDİLDİ - RƏSMİ
-
Masallıda əməliyyat: 14 kiloqram narkotik dövriyyədən çıxarıldı
-
Qəfil vəfat edən müğənnini son GÖRÜNTÜSÜ - VİDEO
-
Türkiyəli professor tanınmaz halda - FOTO





