ATM-lərdə illərdir davam edən sistem tarixə qarışır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransanın üç böyük bankı əməliyyat xərclərini azaltmaq məqsədilə ATM (bankomat) infrastrukturunu birləşdirmək qərarına gəlib. Bu ortaq bankomatlarda müştərilərdən heç bir əlavə xidmət haqqı tələb olunmayacaq.
Milli.Az xəbər verir ki, Fransa bank sektorunda xərcləri ixtisar etmək və xidmət şəbəkəsini davamlı qılmaq məqsədilə yeni bir model tətbiq olunmağa başlayır. Ölkənin qabaqcıl üç böyük bankı nağd pula çıxış infrastrukturunu tək bir brend altında birləşdirərək ortaq ATM dövrünə start verib. Bu təşəbbüslə həm bankların fəaliyyət xərclərinin azaldılması, həm də filialı olmayan bölgələrdə nağd pul əldə etmək imkanının qorunması hədəflənir.
"BNP Paribas", "Société Générale" və "Crédit Mutuel Alliance Fédérale" tərəfdaşlığı ilə həyata keçirilən layihədə bankların öz loqolarını daşıyan ənənəvi bankomatları "Cash Services" adlı yeni nəsil cihazlar əvəz edir. 2023-cü ilin sonunda elan edilən layihə çərçivəsində indiyədək min ədəd bankomat yeni sistemə keçirilib.
2026-cı ilin sonuna qədər 7 min ortaq ATM hədəfi
Planlaşdırmaya uyğun olaraq qısa müddətdə daha 3 min cihazın sistemə inteqrasiya edilməsi nəzərdə tutulur.
2026-cı ilin sonuna qədər isə ölkə daxilində ümumilikdə 7 min nöqtədə ortaq ATM-lərlə xidmət göstərilməsi proqnozlaşdırılır.
Əməliyyatlar pulsuz olacaq və bank interfeysi dəyişməyəcək
Ortaq bankomat infrastrukturu müştərilər üçün heç bir əlavə xərc yaratmayacaq. Sözügedən bankların istifadəçiləri pul nağdlaşdırma və mədəxil (pul yatırma) kimi əsas maliyyə əməliyyatlarını əlavə ödəniş və ya komissiya olmadan həyata keçirə biləcəklər.
İnkişaf etdirilən texniki infrastruktur sayəsində müştəri kartı cihaza daxil etdiyi an ATM ekranı avtomatik olaraq istifadəçinin bağlı olduğu bankın rəqəmsal interfeysinə və rənglərinə çevriləcək. Bununla da istifadəçilərin vərdiş etdiyi vizual sistem qorunub saxlanacaq.
Bu qərar niyə qəbul edildi?
Layihənin logistik planlaşdırılmasında, bank filialı olmayan kənd yerlərindəki nağd pul ehtiyacının qarşılanması prioritetlər sırasındadır.
Ortaq bankomatların qurulacağı məkanlar təyin edilərkən yerli idarəetmə orqanları ilə əməkdaşlıq edilir, bölgənin istifadə intensivliyi və ehtiyac təhlilləri əsas meyar kimi götürülür.
Bu transformasiya sayəsində banklar nağd pulun idarə edilməsi və texniki qulluq xərclərini bölüşəcək, kiçik yaşayış məntəqələrində yaşayan istehlakçıların nağd pula çıxışı isə fasiləsiz olaraq təmin ediləcək.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Faciəli şəkildə ölən 14 yaşlı qızın (Fotosu)
-
Mərkəzi Banka yeni səlahiyyət verilir
-
Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək
-
Azərbaycan Türkiyənin kiçik qardaşı deyil: bir millət, iki dövlət və imperiya iddialarının sərhədləri
-
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidenti Thonqlun Sisulitun Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Almaniyaya uçan təyyarə həyəcan siqnalı göndərib
-
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
-
Qara dənizdə iki gəmiyə dron hücumu: 8 Azərbaycan vətəndaşı xilas edildi - XİN
-
"Qızlar pullu oğlana ərə getmək istəyir, oğlanlar da varlı qız almaq"
-
“Bunun İslamla əlaqəsi yoxdur”
-
Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
-
Rusiyada qaz kəmərində güclü partlayış - Yanğın başladı
-
Nəfəs tənqid olunan videosundan danışdı: “Bilirdim ki, paylaşacaqsınız”
-
"Anti-Azərbaycan dairələri ünvanı səhv salıblar"
-
Allahşükür Paşazadə hicab məsələsindən danışdı
-
Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi inteqrasiya dərinləşir - Sevil Mikayılova
-
Azərbaycan və Laos xidməti pasportlara vizanı ləğv edir
-
Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb
-
Əmrahın oğlu Bakı metrosundan paylaşım etdi - (Video)
-
Roma Papası xəstəxanaya yerləşdirildi
-
Zeynəb Həsəni: “Sizi Allaha həvalə edirəm, o çörəyi necə yeyirsiniz?” - (Video)
-
“Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq” – Lukaşenko





