Miqren tutması zamanı bu üsul köməyinizə çata bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Miqren milyonlarla insanın gündəlik həyat keyfiyyətinə təsir edən ən geniş yayılmış nevroloji problemlərdən biridir. Güclü baş ağrıları, ürəkbulanma, işığa və səsə həssaslıqla müşayiət olunan bu vəziyyət zamanı bir çox insan dərmanlarla yanaşı alternativ üsullara da müraciət edir. Mütəxəssislərin sözlərinə görə, bəzi efir yağları düzgün istifadə edildikdə miqren tutmalarının yaratdığı narahatlığı azaltmağa kömək edə bilər.
Bəs miqren zamanı hansı yağlardan istifadə etmək olar və onlar necə tətbiq edilməlidir?
Milli.Az xəbər verir ki, miqren zamanı nanə yağı ən çox istifadə olunan efir yağlarından biridir və onun tərkibindəki mentol sayəsində sərinləşdirici təsir yaradır, buna görə də gicgah və alın nahiyəsinə 1-2 damcı nanə yağı badam və ya kokos kimi daşıyıcı yağla qarışdırılaraq yüngül masajla tətbiq edilir. Lavanda yağı daha çox stres, gərginlik və yuxusuzluqla əlaqəli miqrenlərdə faydalı hesab olunur və bu yağ diffuzor vasitəsilə otağa yayılaraq nəfəs yolu ilə qəbul edilə bilər, eyni zamanda yastığa çox az miqdarda damızdırılaraq sakitləşdirici təsir əldə olunur. Rozmarin yağı zehni yorğunluq və aşağı qan dövranı ilə bağlı baş ağrılarında istifadə edilir və 1 damcı rozmarin yağı daşıyıcı yağla qarışdırılaraq boyun və çiyin nahiyəsinə masaj olunur, bu isə əzələ gərginliyinin azalmasına kömək edə bilər. Roma çobanyastığı yağı isə sinir sistemini sakitləşdirici təsirinə görə seçilir və əsasən inhalasiya üsulu ilə qoxulama və ya boyun-çiyin nahiyəsinə yüngül masaj şəklində tətbiq edilir.
Mütəxəssislər qeyd edirlər ki, efir yağları mütləq şəkildə birbaşa deyil, daşıyıcı yağlarla qarışdırılaraq istifadə olunmalı, dozanın aşılmamasına diqqət edilməli və xüsusilə hamilə qadınlar və kiçik yaşlı uşaqlarda ehtiyatlı davranılmalıdır. Eyni zamanda aromaterapiya miqrenin əsas müalicəsi deyil, yalnız ağrının intensivliyini azaltmağa kömək edən dəstək üsulu kimi qəbul edilməlidir.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kartof bahalaşacaq?
-
Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
BMT rəsmisindən Azərbaycanın ev sahibliyinə yüksək qiymət - (Foto)
-
Yasamalda məktəbdə şagird faciəvi şəkildə öldü - Detallar - (Yenilənib)
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Foto)
-
“Fənərbağça”dan ayrılan baş məşqçi qəza törətdi
-
Xuraman Əlizadəyə ağır itki - (Foto)
-
Ənvər Hacıməmmədov vəfat etdi
-
Azərbaycan əsilli rejissor barəsində həbs qərarı verildi - (Foto)
-
Yevlaxda iki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - (Video)
-
Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
-
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
-
Məşhur aktyor vəfat etdi - (Foto)
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Xalq artisti: “Heç vaxt ərə gedib, başqa kişidən uşaq doğmaram” (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
-
“Güllü”nün qızı ilə bağlı qorxunc iddialar üzə çıxdı - Xəstələrə iynə vuraraq...
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
-
Xaçmazda avtomobil piyadanı vurub öldürdü





