İdman

İnyesta bu klubun baş məşqçisi oldu

1 İyun 2026 22:25
Baxış: 260
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Barselona" və İspaniya millisinin əfsanəvi yarımmüdafiəçisi Andres İnyesta məşqçilik karyerasına başlayıb.

Milli.Az xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) təmsil edən "Qalf Yunayted" klubunun baş məşqçisi təyin olunub.

Müqavilənin müddəti və maliyyə detalları hələlik açıqlanmır. Sözügedən təyinat 42 yaşlı İnyestanın məşqçilik karyerasındakı ilk iş yeri kimi tarixə düşüb.

Xatırladaq ki, A. İnyesta Kataloniya klubu ilə 9 dəfə İspaniya çempionu olub, 6 dəfə ölkə kubokunu və 6 dəfə superkubokunu qazanıb. Beynəlxalq arenada isə əfsanəvi yarımmüdafiəçi "Barsa" ilə 4 dəfə Çempionlar Liqasının qalibi olub, 2 dəfə UEFA Superkubokunu və 3 dəfə Klublararası Dünya Çempionatını muzeyinə aparıb. A. İnyesta karyerasının son illərində Yaponiyanın "Vissel Kobe" və BƏƏ-nin "Emireyts" klublarında da çıxış edib. İspaniya milli komandasının heyətində isə o, dünya çempionu və ikiqat Avropa çempionu tituluna sahiblənib.

Qeyd edək ki, İnyestanın baş məşqçisi olduğu "Qalf Yunayted" hazırda BƏƏ-nin ikinci divizionunda mübarizə aparır. Komanda ötən mövsümün nəticələrinə görə turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.