"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib
"Bakı Enerji Həftəsi" çərçivəsində İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) enerji nazirlərinin ilk iclası keçirilib.
"Karbohidrogenlər, enerji keçidi və enerji bağlantıları üzrə əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən iclasda çıxış edən energetika naziri Pərviz Şahbazov Azərbaycanın D-8-ə üzvlüyünün Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş çoxşaxəli xarici siyasət kursunun və uğurlu enerji diplomatiyasının məntiqi davamı olduğunu bildirib. Nazir vurğulayıb ki, qlobal enerji bazarlarında müşahidə olunan dəyişikliklər, geosiyasi gərginliklər, enerji keçidi və elektrikləşmənin sürətlənməsi enerji siyasətində şaxələndirməni strateji zərurətə çevirib.
Bu baxımdan D-8 platforması Azərbaycan üçün Avropa ilə yanaşı, Asiya, Yaxın Şərq və Afrika istiqamətlərində də enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Çıxış zamanı Azərbaycanın enerji təhlükəsizliyi ilə enerji keçidi arasında balanslı siyasət həyata keçirdiyi, neft-qaz, elektrik enerjisi və yaşıl enerji sahələrində regional enerji dəhlizlərinin inkişafına töhfə verdiyi qeyd olunub. D-8 ölkələri ilə enerji əməkdaşlığının perspektivlərinə toxunularaq Türkiyə, Pakistan, İran, Misir, İndoneziya, Banqladeş, Malayziya və Nigeriya ilə həyata keçirilən və nəzərdə tutulan layihələr barədə məlumat verilib. Neft və qaz ticarəti, LNG təchizatı, elektrik enerjisi mübadiləsi, bərpa olunan enerji, enerji infrastrukturu və investisiya enerji əməkdaşlığının potensial istiqamətləri kimi qeyd olunub.
Energetika naziri Pərviz Şahbazov deyib ki, ortaq dini və mədəni dəyərləri bölüşən dövlətləri birləşdirən və üç qitəni əhatə edən D-8 platforması enerji təhlükəsizliyi, enerji keçidi və enerji bağlantıları kimi mühüm istiqamətlərdə əməkdaşlığın daha geniş müstəviyə çıxarılmasına yol açır. Bakı Bəyannaməsi bu əməkdaşlığın gələcək konturlarını müəyyən edərək təmiz enerji, enerji bağlantıları, karbohidrogenlərin səmərəli idarə olunması, investisiya mühitinin gücləndirilməsi və texnoloji inkişafı əsas prioritetlər kimi təsbit edir. Gələcəkdə "D-8 Enerji və İqlim Mərkəzi"nin yaradılması isə bu əməkdaşlığın praktiki icrasını təmin edən mühüm institusional addım olacaqdır.
İclas çərçivəsində "Enerji əməkdaşlığı üzrə Bakı Bəyannaməsi" qəbul olunub və "D-8 Enerji və İqlim Mərkəzi"nin Nizamnaməsinin ilkin təqdimatı edilib.
İclasda D-8 təşkilatını Baş katibi Sohail Mahmud, Türkiyəni energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Pakistanı neft naziri Əli Pervaiz Maliki, Misiri neft və mineral ehtiyatlar naziri Karim Badavi, Banqladeşi elektrik, enerji və mineral ehtiyatlar naziri İqbal Həsən Mahmud, İranı neft nazirinin müavini Səid Təvəkkoli, İndoneziyanı və Malayziyanı diplomatik nümayəndələri təmsil edib.
xxx
18:18
Bakıda D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü keçirilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbir 31-ci Bakı Enerji Forumu çərçivəsində baş tutur.
Görüşdə üzv dövlətlərin nazirləri və rəsmi şəxsləri iştirak edirlər.
Görüşün sonunda "Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsinin qəbul edilməsi gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - VİDEO - FOTO
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib - FOTO
-
Esvatininin Baş naziri İlham Əliyevə məktub ünvanlayıb
-
Gitanas Nauseda Prezident İlham Əliyevi təbrik edib
XƏBƏR LENTİ
-
37 yaşlı kişi bıçaqlandı - Qaynı saxlanıldı
-
Bakıda şəhid atası gəlinini öldürməkdə şübhəli bilinir
-
"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib
-
Röya bayramda onlarla bir araya gəldi - VİDEO
-
Marneuli Meriyası Nizami Gəncəvinin abidəsinə zərər vurulmasını sərt qınadı
-
Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar
-
Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
-
Ölkəmizdə Ebola riski varmı? - Rəsmi açıqlama
-
Tanınmış müğənni konsertini yarımçıq qoyub səhnəni tərk etdi
-
“Daçnik”də istirahət edənlərə vacib XƏBƏRDARLIQ
-
Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?
-
Ayağı amputasiya edilən "Survivor" yarışmaçısının son halı - FOTO
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
-
Bakıda 5001 qızıl gül kimə verilib? - VİDEO
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
-
2026-cı il Dünya Kubokunda İLK DƏFƏ
-
"Arvadına söz keçirə bilməyən hansı kişilikdən DANIŞIR?"
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının təntənəli açılış konserti keçirilib - FOTO
-
Rusiya Ukraynada bu ərazini nəzarətə götürdü
-
Argentina yığmasında Messi ilə bağlı ŞOK
-
Rayonlara istirahətə getmək istəyənlər bu xəbəri mütləq OXUSUN - Qiymətlər...
-
Tacir Bakıdan KÖÇÜR: Ev verilib





