Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sosial media hesabımda direktoru olduğum məktəbin problemləri ilə bağlı tənqidi paylaşımlarıma, həmçinin yazılı əmr olmadan təhsil müəssisəsində yoxlama aparılmasına etirazlarıma görə cəzalandırılaraq işdən çıxarılmışam. Mayın 6-sı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun imzaladığı Əmrə əsasən mənimlə müqaviləyə Əmək Məcəlləsinin "70Ç" maddəsi əsasında (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilib".
Milli.Az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya Füzuli rayonu 33 nömrəli tam orta məktəbin keçmiş direktoru Mədinə Hallacova müraciət edib.
Onun sözlərinə görə, əmrdə Mədinə Hallacovanın əmək müqaviləsi üzrə öhdəliklərinin mütəmadi pozulduğu, məktəbdə şagird davamiyyəti yoxlanılanda onun üzrsüz səbəbdən iş yerində olmadığının ortaya çıxdığı iddia edilir: "2023-cü il aprelin 11-dən həmin məktəbə direktor kimi təyinat almışam. İşdən azad edilməyim haqda əmri oxuyanda mənə məlum oldu ki, haqqımda bir neçə akt tərtib ediblər. Füzuli rayonu üzrə təhsil sektoru o aktları nə vaxt, necə tərtib edib, məlum deyil. Əgər belə aktlar olubsa, niyə sonradan çağırıb mənə bu barədə məlumat verilməyib?
Mən bütün işlərimi qayda-qanunlar çərçivəsində görmüşəm. 2024-cü il sentyabrın 27-si şəhidlərin Anım Günü ilə əlaqədar ailələri ziyarət edərkən Füzuli rayonu üzrə təhsil sektorunun əməkdaşları məktəbə gəlib və çəkiliş ediblər. Bu çəkilişə görə mən Daxili İşlər Nazirliyinin "102" xidmətinə şikayət etdim. Çünki heç kimin ixtiyarı yoxdur ki, gəlib bu şəkildə məktəbdə çəkiliş etsin, şantaj etsin. Onlar dedilər ki, çəkilişə icazələri var. Bununla bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu göndərildi".
M.Hallacova qeyd edib ki, sosial şəbəkə hesabında paylaşımlarından sonra işdən çıxarılması qətiləşdirilib: "Rəhbərlik etdiyim məktəbdə yağış yağarkən ciddi problemlər, elektrik sistemində təhlükəli vəziyyət yaranırdı. Həm bunu, həm də məktəbdəki bir sıra başqa problemləri "Facebook" hesabında paylaşaraq ictimailəşdirdim. Bu paylaşımlardan sonra işdən çıxarılmağımı qətiləşdirdilər. Mən ADA-da ixtisasartırma təhsili alıram və orada praktika günüm olmalıydı. Bir də əvvəldən 25 günlük məzuniyyətim qalmışdı. Elektron şəkildə Füzuli rayonu üzrə təhsil sektoruna məktub göndərdim ki, sabah bu məsələ ilə əlaqədar Bakıya gedirəm. Mənə problem yaradılsın deyə təhsil sektorunun müdiri məzuniyyət götürüb və elektron ərizəmə baxmayıb. Axşam saat 10-da mənə zəng olundu ki, ərizə gərək əlbəəl verilsin. Dedim ki, eybi yox, sabah işçimə deyərəm, gətirib çatdırar. Ertəsi gün isə bildirdilər ki, ərizəniz keçərsizdir. Akt tərtib etdilər ki, Mədinə Hallacova iş yerində yoxdur. Bu cür davranmaqda məqsəd sosial şəbəkələrdəki tənqidlərimə görə məni işdən çıxarmaq üçün zəmin yaratmaq idi".
Sözügedən şəxsin iddiaları ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə ünvanladığımız sorğuya belə cavab aldıq: "Füzuli rayon 33 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışan Hallacova Mədinə Məhəmməd qızı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib, Əmək Məcəlləsinin müvafiq maddəsinin, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilmiş "Təhsilverənlərin etik davranış Qaydaları"nın, Nazirliyin, Agentliyin və İdarənin təlimatlarının tələblərini pozub.
Nəticədə, adıçəkilən məktəbdə təlim-tərbiyə prosesi, əmək və icra intizamı pozulub, ümumi təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyib. Qeyd edilənləri nəzərə alaraq Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən adıçəkilən şəxs barəsində intizam tənbeh tədbiri tətbiq olunub və işindən azad edilib".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
-
Sabah Bakı və İsmayıllının bəzi ərazilərində işıq olmayacaq
-
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib
-
Sumqayıtın bir hissəsində qaz kəsiləcək
-
Bakı Qızlar Universitetinin tələbələri digər universitetlərə köçürüləcək
-
Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
XƏBƏR LENTİ
-
COVID-19-un mənşəyi ilə bağlı yeni iddialar yayıldı
-
Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
-
Hamam böcəklərindən necə qurtulmaq olar? - Effektli üsullar
-
Dünyanın ən gözəl sözü seçildi - mənası insanı heyrətləndirir
-
Dondurucudan gələn zəhər - həkimlərin almağı məsləhət görmədiyi ucuz balıq
-
Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma
-
Sabah Bakı və İsmayıllının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda qətl hadisəsi baş verib
-
Gəncədə baba və nəvəsini moped vurdu
-
Bakıda 35 milyonluq park salınır
-
Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
-
Azərbaycanda polkovnik vəfat etdi - FOTO
-
"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad
-
Notarius ilk məhkəməsində həbs edildi
-
Ən çətin bağışlayan bürclər
-
Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını qətiyyətlə rədd edib
-
Avropa Liqası: ÇSKA və "Qarabağ" komandalarının start heyətləri bəlli olub
-
Böyük səhvin bir addımlığında: Hansı bürclər fasilə verib istirahət etməlidir
-
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib
-
Bu gün “Neftçi”nin oyunu var - Start heyətlər
-
Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı - (Foto)
-
Kiberpolis fişinq şəbəkəsinin daha iki üzvünü saxladı
-
Əlağa İsmayılov Ukraynadan Azərbaycana ekstradisiya olunacaq
-
Evli biri ilə eşq yaşaması iddialarına cavab verdi





