Gitanas Nauseda Prezident İlham Əliyevi təbrik edib
Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda qeyd olunub:
"Hörmətli cənab Prezident.
İcazə verin, Sizi və bütün xalqınızı Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edim. Sizə və ölkənizə davamlı rifah, sülh və təhlükəsizlik arzulayıram.
Litva ilə Azərbaycanı uzunmüddətli dostluq münasibətləri birləşdirir. Qarşılıqlı faydalı sahələrdə ikitərəfli dialoqumuzu ardıcıl şəkildə gücləndirməyə sadiqik. Əminəm ki, siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da inkişaf etdirilməsi ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirəcək və xalqlarımıza fayda verəcək.
Qəti şəkildə inanıram ki, ortaq tarixi təcrübələrlə, suverenliyə və azadlığa birgə hörmətlə çoxtərəfli səviyyədə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik. Şübhəsiz ki, Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı etimada və konstruktiv tərəfdaşlığa əsaslanan dialoq daha da güclənəcək və xalqlarımızın rifahına töhfə verəcək.
Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərdə müsbət dinamika dialoqa və sülhə möhkəm sadiqliyinizi nümayiş etdirir. Bu prosesin davam etdirilməsi Cənubi Qafqaz regionunun təhlükəsizliyi və rifahı ilə yanaşı, regionun hüdudlarından kənarda sülhə də mühüm töhfə verir.
Cənab Prezident, milli bayramınız münasibətilə Sizi və xalqınızı bir daha təbrik edirəm. Ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib - FOTO
-
Esvatininin Baş naziri İlham Əliyevə məktub ünvanlayıb
-
Gitanas Nauseda Prezident İlham Əliyevi təbrik edib
-
Sinqapurun dövlət başçısı Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
BMT Baş katibi Prezident İlham Əliyevi təbrik edib
-
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb
XƏBƏR LENTİ
-
Gürcüstanda təhlükəli virus aşkarlandı
-
Azərbaycan vasitəsilə Ermənistana gübrə göndərilib - YENİLƏNİB
-
Elgiz bağında müğənnilərə qonaqlıq verdi - VİDEO
-
Bakıda bir mənzil yox, bütöv bina qiymətinə maşın satılır - FOTO
-
40 yaşında karyerasını BİTİRDİ
-
Bu dəyişiklik cibinizə təsir edəcək: Yeni qayda nələri dəyişir?
-
Ölkə bu VİDEO-dan danışır: 5 yaşlı qızı 8 yaşlı oğlan XİLAS ETDİ
-
Oğlunun FOTOsunu paylaşıb üzünü BAĞLADI
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib - FOTO
-
"Zirə" türkiyəli hücumçu ALDI
-
İngiltərə klubu “Qalatasaray”ın ulduzunu istəyir
-
Esvatininin Baş naziri İlham Əliyevə məktub ünvanlayıb
-
"Komedixana"nın aktrisasının müzakirə yaradan VİDEOsu
-
Gitanas Nauseda Prezident İlham Əliyevi təbrik edib
-
"Mən də məhkəmə qapısı tanıyıram, vəkilim var" - Həmin qalmaqaldan DANIŞDI
-
Rauf Hacıyevin ailəsində ağır İTKİ
-
Putin Paşinyanla telefon danışığı aparıb
-
Asiman Əhmədova dünyasını dəyişdi
-
DİM qeydiyyat elan edib
-
Bakı sakinləri ən çox hansı səbəbdən təcili yardım çağırır?
-
Daha iki marşrut üzrə avtobuslar yeniləndi
-
Ayın 2-də şimşək çaxacaq, intensiv yağış yağacaq - PROQNOZ
-
"İran həqiqətən də razılaşma əldə etmək istəyir"
-
Paytaxtda 11 yaşlı qız yeddinci mərtəbədən yıxılaraq öldü





