Xameneinin dəfn mərasiminə hazırlıq başladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İran hakimiyyəti ABŞ və İsrail hücumları zamanı həlak olan keçmiş Ali lider Ayətullah Əli Xameneinin dəfn mərasiminin təşkili istiqamətində hazırlıqlara başlayıb.
Milli.Az xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.
Bildirilib ki, müharibə şəraiti səbəbindən aylarla təxirə salınan mərasim üçün xüsusi koordinasiya mərkəzi yaradılıb. Rəsmilər ölkə daxilindən və xaricdən çoxsaylı iştirakçının gözlənildiyini bildirirlər.
Tehran İslam Təbliğat Koordinasiya Şurasının sədri Möhsün Mahmudi deyib ki, dəfn mərasiminin təşkili ilə bağlı bütün dövlət qurumları arasında koordinasiya təmin edilir.
"Dəfn mərasiminə hazırlıqları idarə etmək üçün xüsusi mərkəz yaradılıb. Müxtəlif qurumlar hazırlıq və planlaşdırma işlərini davam etdirirlər", - deyə Mahmudi bildirib.
Qeyd edək ki, Əli Xamenei fevralın 28-də başlayan ABŞ və İsrail hücumlarının ilk mərhələsində həyatını itirib. Bundan sonra ölkə rəhbərliyi onun oğlu Müctəba Xameneiyə keçib. Aprel ayında Xameneinin vəfatının 40-cı günü münasibətilə ölkənin müxtəlif bölgələrində anım mərasimləri keçirilsə də, rəsmi dəfn mərasimi təhlükəsizlik səbəbindən baş tutmayıb.
Bildirilib ki, mərasimin dəqiq tarixi təhlükəsizlik və təşkilati hazırlıqlar tamamlandıqdan sonra açıqlanacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
PSJ görün neçə milyon pul qazanıb
-
Xameneinin dəfn mərasiminə hazırlıq başladı
-
Britaniyanın xarici işlər naziri Çinə gedəcək
-
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTO
-
"Makedon" vəfat etdi
-
Rusiya “Oreşnik”i bu əraziyə yerləşdirdi
-
Bərdədə ağır qəza OLDU
-
Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
-
DYP sürücülərə müraciət ETDİ
-
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
-
Bakıda bu avtobuslar yenilənir - Qiymət…
-
Ayın ilk günü kəskin isti olacaq - PROQNOZ
-
Azərbaycanda himayədar ailələrə verilən uşaqların sayı AÇIQLANDI
-
ABŞ və İsrail buludlara müdaxilə edir?
-
"Sabah" bir futbolçusu ilə yollarını ayırdı
-
Cüdoçumuz Avropa Kubokunun qalibi oldu
-
Bu gecə gözünüz səmada olsun
-
Azərbaycanda bu əraziyə qar yağır - FAKTİKİ HAVA
-
Azərbaycan U-21 millisində dəyişiklik
-
Durovun sevgilisinin istəkləri gündəm oldu - Siyahıda görün nələr var
-
Putinin planı üzə çıxdı? - NATO-nu zəiflətmək istəyir
-
Qara dənizin rəngi dəyişdi - Sahil qəhvəyi rəngə boyandı
-
Razılaşma olmazsa, məsələ hərbi yolla həll ediləcək
-
Tütün hər il 7 milyondan çox can alır





