Kulinariya

Qiyməni pambıq kimi yumşaldan və qoxusunu aparan sirli üsul

30 May 2026 23:47
Baxış: 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qiyməni daha ləzzətli etmək, bişərkən qurumasının qarşısını almaq və pambıq kimi yumşaq bir konsistensiya əldə etmək üçün mətbəxdəki bu bəsit məhsul kifayətdir: Qazlı su.

Milli.Az xəbər verir ki, xüsusilə kotlet (küftə), kabab, qovurma və ya lahmacun içi hazırlayarkən qiyməyə qazlı su əlavə etmək ətin liflərini yumşaldır və daxilindəki şirəni qoruyub saxlayır.

Kotlet hazırlayarkən qiyməyə bir neçə xörək qaşığı qazlı su əlavə etmək böyük fərq yaradır. Soda ətin liflərini açaraq onun bişərkən dağılmasının qarşısını alır. Nəticədə kotletlər həm daha yaxşı qabarır, həm də daxili quru qalmır, yumşaq və şirəli olur. Eyni zamanda, əlavə etdiyiniz ədviyyatların ətri ətin daxilinə daha yaxşı hopur.

Bəzi insanlar mal əti qiyməsinin özünəməxsus ağır qoxusundan narahat olurlar. Qiyməyə əlavə edilən az miqdarda qazlı su ətin bu ağır qoxusunu neytrallaşdırır və xəfiflədir. Soğan, sarımsaq və ədviyyatlarla birləşdikdə isə ortaya balanslı və iştahaçan bir ətir çıxır. Bu üsul ev üsulu hamburger kotletlərinin hazırlanmasında da tez-tez istifadə olunur.

Qazlı su ilə marinad edilmiş (qarışdırılmış) qiymə daha qısa müddətdə bişir. Çünki sodanın daxilindəki elementlər ətin strukturunu elə bəri başdan yumşaldır ki, o, istiliyi daha sürətli canına çəkir. Bu isə tava yeməklərində zaman kəsiri olanlar üçün böyük qənaətdir. Xüsusilə kabab, lahmacun içi və qiyməli soyutmalarda ət bişərkən sərtləşmir, ağızda dağılan bir toxuma qazanır.

Qiyməni yoğurma qabına aldıqdan sonra üzərinə ədviyyatları, soğanı və hər yarım kiloqram qiymə üçün təxminən 3-4 xörək qaşığı soyuq qazlı suyu əlavə edib yaxşıca yoğurun. Hazırladığınız harcı soyuducuda 15-20 dəqiqə dincəldikdən sonra bişirsəniz, fərqi dərhal hiss edəcəksiniz.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.