Dünyanın ən dadsız YEMƏKLƏRİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məşhur qastronomiya platforması "TasteAtlas" dünyanın ən bəyənilməyən yeməklərinin yeni siyahısını dərc edib.
Milli.Az xəbər verir ki, istifadəçi rəylərinə əsasən tərtib olunan reytinqdə birinci yeri İslandiyaya məxsus "Svid" (bişmiş qoyun başı) tutub. Əvvəlcə qoyun başı yarıya bölünür, açıq odda tükü yandırılır və sonra qaynadılır.
İkinci pillədə də island mətbəxinə aid "Thorramatur" var. Bu, yanvarın ortasından fevralın ortasına qədər yeyilən müxtəlif milli delikateslərdən ibarət dəstdir: fermentləşdirilmiş köpəkbalığı əti, hisə verilmiş qoyun əti, qoyunun başı, qanlı kolbasa və qurudulmuş balıq və ət məhsulları. Bu yeməklər adətən çovdar çörəyi və yağ ilə verilir.
Üçüncü yerdə isə İspaniyadan "Truchas a la Navarra" adlı balıq yeməyi qərarlaşıb. Burada forel duzlanıb unla örtülür və zeytun yağında qızardılır, sonra isə içi serrano vetçinası ilə doldurulur və limon şirəsi səpilir. Üzərinə adətən doğranmış vetçina və cəfəri əlavə edilir.
Dördüncü yerdə İsveç və Finlandiyada populyar olan "Bloodpalt" adlı qanlı küftədir. Tünd-qəhvəyi rəngli bu küftə çovdar və ya arpa unundan, heyvan qanından hazırlanır və bəzən içi qızardılmış donuz əti və soğanla doldurulur.
Beşinci yerdə isə yəhudi icmalarında hazırlanan "Yerushalmi kugel" adlı şirniyyatdır. Bu, makaron və karamelizə şəkərin şirinliyi ilə qara istiotun acılığını birləşdirən bir şirniyyatdır. Ənənəvi olaraq Şabbatda sinaqoqdan sonra süfrəyə verilir.
Qeyd edək ki, "TasteAtlas"ın reytinqi yalnız istifadəçi rəyləri əsasında formalaşır və daim yenilənir. Reytinqdə ölkə vətəndaşlarının öz milli yeməklərinə verdiyi rəylər nəzərə alınmır. /Axşam.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
-
Sobada İzmir küftəsi resepti
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
XƏBƏR LENTİ
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)
-
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
-
78 yaşlı müğənni 3-cü dəfə evləndi - (Foto)
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi - Siyahı
-
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
-
Soyutma sistemlərinə kiberhücum təhlükəsi barədə xəbərdarlıq
-
Lüduviko Eynaudinin musiqisindən caz improvizələrinə qədər - Virtuosos of Baku musiqi axşamları - (Foto)
-
ABŞ İranı nüvə ilə vuracaq?
-
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
TikTokerin “Uzak Şehir”ə çəkilməsi qınandı - (Video)
-
Tovuzda ev yanaraq külə döndü
-
Xalq artistini xanımı ilə görüntülədi - (Video)





