İran

İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq

30 May 2026 23:03
Baxış: 264
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran Silahlı Qüvvələri Hörmüz boğazından keçən bütün gəmilərin İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrindən icazə almalı olduğunu bəyan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının yaydığı bəyanatda bildirilir.

Sənəddə qeyd olunub ki, müəyyən edilmiş qaydaların pozulması gəmilərin tranzit təhlükəsizliyini ciddi risk altında qoyacaq.

"Bundan əlavə xəbərdarlıq edilir ki, Hörmüz boğazının idarə olunmasına müdaxilə etməyə və ya dəniz nəqliyyatının hərəkətini pozmağa çalışan hərbi gəmilər İran Silahlı Qüvvələri tərəfindən hədəf alınacaq", - deyə bəyanatda vurğulanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.