İdman

Azərbaycan U-21 millisində dəyişiklik

31 May 2026 11:15
Baxış: 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

21 yaşadək futbolçulardan ibarət Azərbaycan futbol millisinin heyətində dəyişiklik baş verib.

Milli.Az xəbər verir ki, "Sabah" futbol klubunun qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən U-21-in düşərgəsindən ayrılıb.

Onun əvəzinə "Neftçi" futbol klubunun qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib.

Qeyd edək ki, U-21 millisi mayın 28-dən Bakıda hazırlığa start verib. Komanda bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Türkiyədəki hazırlıq çərçivəsində millimiz 6 iyunda Bəhreyn, 9 iyunda isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.