Hadisə

Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var

31 May 2026 09:29
Baxış: 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyədə turizm şirkətinə məxsus sərnişin avtobusu Dənizli-Aydın şossesində maneələrə çırpılıb və daha sonra yanıb.

Milli.Az "TRT Haber"ə istinadla xəbər verir ki, nəticədə sürücü də daxil olmaqla 8 nəfər ölüb, 33-ü xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Məlumata görə, İzmirdən Antalyaya gedən avtobusda 38 sərnişin və 3 heyət üzvü olub.

Qəza səbəbindən Dənizli istiqamətində yol təxminən 4 saat nəqliyyatın hərəkəti üçün bağlı qalıb. Yanmış avtobus götürüldükdən sonra yol yenidən açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.