Milyon dollarlıq səhnələri unudun: Sadəcə bir otaqda çəkilən 5 dahiyanə film
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük büdcəli vizual effektlər, partlayış səhnələri və ya davamlı dəyişən məkanlar olmadan da bir filmin insanı ekrana kilidləyə biləcəyinin ən yaxşı sübutu "kamera arxası" deyil, güclü ssenaridir.
Milli.Az sadəcə tək bir otaqda, bir masanın ətrafında və ya darısqal bir məkanda keçməsinə baxmayaraq, tamaşaçıda klostrofobiya effekti yaradan və zəkası ilə heyran qoyan 5 dahiyanə filmi təqdim edir:
1. The Man from Earth (Dünyalı - 2007)
Kino tarixinin ən aşağı büdcəli, lakin ideya baxımından ən yüksək intellektə sahib elmi-fantastik filmlərindən biridir. Mövzu olduqca sadə, bir o qədər də dərindir: Bir universitet professoru başqa yerə köçməzdən əvvəl dostlarını (antropoloq, arxeolog, ilahiyyatçı və s.) evinə dəvət edir. Söhbət əsnasında o, əslində 14 min ildir yaşayan və heç vaxt qocalmayan bir mağara adamı olduğunu iddia edir. Film boyu bu iddianın elmi və fəlsəfi müzakirəsi sizi tək bir otağın içində bəşəriyyət tarixinə səyahətə çıxaracaq.
2. Coherence (Paralel Kainat - 2013)
Bir şam yeməyi üçün toplaşan dost qrupu, həmin gecə dünyanın yaxınlığından keçən bir quyruqlu ulduzun təsiri ilə özlərini ağlasığmaz bir kvant paradoksunun içində tapırlar. Evin işıqları sönür və qonşu küçədəki yeganə işığı yanan evə baxmağa getdiklərində hər şey alt-üst olur. Evdən kənara çıxmaq demək olar ki, qeyri-mümkündür, çünki çöl tərəf artıq bildikləri reallığa aid deyil. Ssenarisiz, tamamilə aktyorların improvizasiyası ilə çəkilən bu film beyninizi tam mənası ilə yandıracaq.
3. 12 Angry Men (12 Əaəbi Adam - 1957)
Tək məkanda keçən filmlərin atası və dünya kino tarixinin ən böyük şah əsərlərindən biridir. Atasını öldürməkdə ittiham olunan gənc bir oğlanın taleyini müəyyənləşdirmək üçün bir otağa qapanan 12 münsiflər heyətinin hekayəsidir. Başlanğıcda hər kəs gənc oğlanın günahkar olduğunu düşünür və tez bir zamanda qərar verib evə getmək istəyir. Lakin bir münsif üzvünün (Henri Fonda) ortaya atdığı "şübhə" toxumları otaqdakı bütün psixoloji tarazlığı və qəti görünən sübutları alt-üst edir.
4. Contratiempo (Görünməyən Qonaq - 2016)
İspan kinosunun ən populyar triller-detektiv filmlərindən biridir. Süjet xətti böyük ölçüdə bir otel otağında, uğurlu bir iş adamı və onun məhkəmə üçün tutduğu peşəkar müdafiə vəkili arasında keçən gərgin dialoqlara əsaslanır. Sirlərlə dolu bir qətl hadisəsinin pərdəarxasını araşdıran film, hər bir yeni dialoqla tamaşaçıya yeni bir tapmaca parçası verir. Filmin finalı isə izləyicini tamamilə şoka salacaq növ quraşdırılıb.
5. Buried (Torpaq Altında - 2010)
Tək məkan dedikdə sərhədləri maksimum dərəcədə daraldan bir film. Rayan Reynoldsun canlandırdığı amerikalı sürücü İraqda uğradığı hücumdan sonra gözünü açanda özünü yerin altında, taxta bir tabutun içində basdırılmış vəziyyətdə tapır. Yanında sadəcə bir alışqan və bir mobil telefon var. O, oksigeni bitmədən və zaman tükənmədən əvvəl bu tabutun içindən xilas olmaq üçün telefonla dünyaya bağlanmağa çalışır. Sizə 90 dəqiqəlik nəfəs kəsən bir gərginlik bəxş edir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Noyabrın 4 şanslı bürcü
-
Pol Makkartni milyarder oldu
-
Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr hündürlüyündə
-
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası





